
«Xəzər-Lənkəran»
finala çıxıb
Belarusun «BATE»
klubu ilə mübarizə «Xəzər-Lənkəran»ın 2-1 hesablı qələbəsilə yekunlaşıb
Yanvarın 25-də «Xəzər-Lənkəran»
futbol klubu MDB və Baltikyanı ölkələrin «Birlik kuboku»nun yarımfinal
mərhələsində Belarusun «BATE» klubu ilə qarşılaşıb. Birinci hissə Azərbaycan
klubunun hücumları şəraitində keçsə də, hesab açılmayıb. İkinci hissənin 74-cü
dəqiqəsində Əmirquliyev «Xəzər-Lənkəran»ı hesabda irəli çıxarıb. Lakin bir
dəqiqə sonra Rodionov hesabda tarazlıq yaradıb. 89-ci dəqiqədə Əmirquliyev
ikinci qolu «BATE»nin qapısından keçirib. Bu, oyunda son qol olub. Nəticədə «Xəzər-Lənkəran»
«BATE»ni 2-1 hesabı ilə məğlub edib.
Azərbaycan komandası finalda «Paxtakor»-«Kaunas» cütlüyünün qalibi ilə
qarşılaşacaq. /"Azadlıq" radiosu/
/ANS
PRESS/