DataLife Engine > Futbol > «Xəzər-Lənkəran» finala çıxıb

«Xəzər-Lənkəran» finala çıxıb


25 ÿíâàðÿ 2008. Ðàçìåñòèë: Ismail

«Xəzər-Lənkəran» finala çıxıb

 Belarusun «BATE» klubu ilə mübarizə «Xəzər-Lənkəran»ın 2-1 hesablı qələbəsilə yekunlaşıb

    Yanvarın 25-də «Xəzər-Lənkəran» futbol klubu MDB və Baltikyanı ölkələrin «Birlik kuboku»nun yarımfinal mərhələsində Belarusun «BATE» klubu ilə qarşılaşıb. Birinci hissə Azərbaycan klubunun hücumları şəraitində keçsə də, hesab açılmayıb. İkinci hissənin 74-cü dəqiqəsində Əmirquliyev «Xəzər-Lənkəran»ı hesabda irəli çıxarıb. Lakin bir dəqiqə sonra Rodionov hesabda tarazlıq yaradıb. 89-ci dəqiqədə Əmirquliyev ikinci qolu «BATE»nin qapısından keçirib. Bu, oyunda son qol olub. Nəticədə «Xəzər-Lənkəran» «BATE»ni 2-1 hesabı ilə məğlub edib.

    Azərbaycan komandası finalda «Paxtakor»-«Kaunas» cütlüyünün qalibi ilə qarşılaşacaq. /"Azadlıq" radiosu/

/ANS PRESS/