DataLife Engine > Futbol > Futbol üzrə İspaniya kubokunda 1\4 final mərhələsi

Futbol üzrə İspaniya kubokunda 1\4 final mərhələsi


25 ÿíâàðÿ 2008. Ðàçìåñòèë: Ismail

Futbol üzrə İspaniya kubokunda 1\4 final mərhələsi

Ölkənin Valensiya klubu doğma azarkeşləri qarşısında Atletiko Madridi qəbul edib

Ölkənin Valensiya klubu doğma azarkeşləri qarşısında Atletiko Madridi qəbul edib. Qonaqlar 26-ci dəqiqədən etibarən meydanda 10 nəfərlə mübarizə aparmalı olublar. Tyaqo Motta hakimin qəzəbinə tuş gəlib. Ronald Kumanın yetirmələri az sonra say üstünlüyündən yararlanıblar. David Silva, 33-cü dəqiqədə qüvvətli zərbə ilə topu yaxın güncə göndərib, 1-0. Bu eyni zamanda ilk hissənin hesabı olub. Matçda başqa qol olmayıb və hakimin final fiti Valensiyanın Atletiko Madrid üzərində 1-0 hesablı qələbəsini rəsmiləşdirib. Bu nəticə, Ronald Kumanın yetirmələrini yarımfinal mərhələsinə bir qədər də yaxınlaşdırıb.

“Valensiya”-“Atletiko Madrid” 1-0

Xetafe öz meydanında Malyorkadan üstün olub. 1-0

 “Rasinq” “Atletik Bilbao”nu qəbul edib. "Rasinq" 30-cu saniyədə hesabı açmağa yaxın olub. Xorxe Lopezin fərqlənməsinə Bilbaonun qapıçısı mane olub. Qarşılaşmanın 8-ci dəqiqəsində isə Rasinqin forvardı İvan Balado fürsəti əldən verib. Komandalar fasiləyə qolsuz bərabərliylə yollanıblar, 0-0. İkinci yarıya da Rasinq aktiv başlıyıb. Hissənin debütündə İvan Balado bir daha qol vurmaq şansını qaçırıb. Meydan sahibləri yalnız matçın başa çatmasına 15 dəqiqə qalmış öz istəklərinə çatıblar. Muhammed Çite başla topu rəqib torundan keçirib,1-0. Vurulmuş qoldan 3 dəqiqə keçməmiş bilbaolu futbolçular növbəti dəfə oyuna mərkəzdən başlamalı olublar. Bu dəfə Eyzebius Smolyarek adını tabloya yazdırıb, 2-0. Matç elə bu hesabla başa çatıb.

Rasinq - Atletik Bilbao: 2-0

Digər 1\4 final görüşündə isə Barselona Vilyarealın qonağı olub. Bu oyunda Barsanın qapıçısı Viktor Valdes bir neçə epizodda komandasını qoldan xilas edərək qapısının toxunulmazlığını qoruyub. Ümumiyyətlə bu oyunda tərəflər nə qədər çalışsalar da, tablodakı sıfırları dəyişə bilməyiblər. Matç elə başladığı kimi də başa çatıb, 0-0. Cütlüyün qalibinə Nou Kampda keçiriləcək qarşılaşmadan sonra aydınlıq gələcək.

Vilyareal - Barselona: 0-0 /ANS PRESS/