
Futbol üzrə İspaniya kubokunda 1\4 final mərhələsi
Ölkənin Valensiya klubu doğma azarkeşləri qarşısında Atletiko Madridi qəbul edib
Ölkənin Valensiya klubu doğma azarkeşləri qarşısında Atletiko Madridi qəbul
edib. Qonaqlar 26-ci dəqiqədən etibarən meydanda 10 nəfərlə mübarizə aparmalı
olublar. Tyaqo Motta hakimin qəzəbinə tuş gəlib. Ronald Kumanın yetirmələri az
sonra say üstünlüyündən yararlanıblar. David Silva, 33-cü dəqiqədə qüvvətli
zərbə ilə topu yaxın güncə göndərib, 1-0. Bu eyni zamanda ilk hissənin hesabı
olub. Matçda başqa qol olmayıb və hakimin final fiti Valensiyanın Atletiko
Madrid üzərində 1-0 hesablı qələbəsini rəsmiləşdirib. Bu nəticə, Ronald Kumanın
yetirmələrini yarımfinal mərhələsinə bir qədər də yaxınlaşdırıb.
“Valensiya”-“Atletiko Madrid” 1-0
Xetafe öz meydanında Malyorkadan üstün olub. 1-0
“Rasinq”
“Atletik Bilbao”nu qəbul edib. "Rasinq" 30-cu saniyədə hesabı açmağa yaxın olub.
Xorxe Lopezin fərqlənməsinə Bilbaonun qapıçısı mane olub. Qarşılaşmanın 8-ci
dəqiqəsində isə Rasinqin forvardı İvan Balado fürsəti əldən verib. Komandalar
fasiləyə qolsuz bərabərliylə yollanıblar, 0-0. İkinci yarıya da Rasinq aktiv
başlıyıb. Hissənin debütündə İvan Balado bir daha qol vurmaq şansını qaçırıb.
Meydan sahibləri yalnız matçın başa çatmasına 15 dəqiqə qalmış öz istəklərinə
çatıblar. Muhammed Çite başla topu rəqib torundan keçirib,1-0. Vurulmuş qoldan 3
dəqiqə keçməmiş bilbaolu futbolçular növbəti dəfə oyuna mərkəzdən başlamalı
olublar. Bu dəfə Eyzebius Smolyarek adını tabloya yazdırıb, 2-0. Matç elə bu
hesabla başa çatıb.
Rasinq - Atletik Bilbao: 2-0
Digər
1\4 final görüşündə isə Barselona Vilyarealın qonağı olub. Bu oyunda Barsanın
qapıçısı Viktor Valdes bir neçə epizodda komandasını qoldan xilas edərək
qapısının toxunulmazlığını qoruyub. Ümumiyyətlə bu oyunda tərəflər nə qədər
çalışsalar da, tablodakı sıfırları dəyişə bilməyiblər. Matç elə başladığı kimi
də başa çatıb, 0-0. Cütlüyün qalibinə Nou Kampda keçiriləcək qarşılaşmadan sonra
aydınlıq gələcək.
Vilyareal - Barselona: 0-0 /ANS PRESS/