
Afrika millətlər
kuboku uğrunda yarışlar davam edir
«Qvineya» futbol
komandası «Mərakeş»ə 3-2 hesabı ilə qalib gəlib
Afrika millətlər
kuboku uğrunda yarışlarda hələlik pley-off mərhələsinin iştirakçıları
dəqiqləşmiyib. Amma bunun üçün ciddi mübarizə gedir.
2-ci turun ilk
oyununda sensasiya qeydə alınıb. «Qvineya» artıq 11-ci dəqiqədə «Mərakeş»in
qapısına yol tapıb. Oyun «Qvineya» yığmasının 3-2 hesablı qələbəsi ilə başa
çatıb.
Qrupun digər matçında «Qana» ilə «Namibiya» qarşılaşıb. Oyun «Qana»nın 1-0
hesablı qələbəsi ilə başa çatıb./ANS PRESS/