DataLife Engine > Futbol > "Xəzər-Lənkəran" yarımfinalda!

"Xəzər-Lənkəran" yarımfinalda!


24 января 2008. Разместил: Ismail

"Xəzər-Lənkəran" yarımfinalda!


"Birlik Kuboku"nda çıxışını davam etdirən "Xəzər-Lənkəran" qrup mərhələsini adladıqdan sonra turnirin daha bir favoriti "Şerif"lə 1/4 finalda üz-üzə gəldi. Oyun komandamızın üstünlüyü ilə başlasa da, gözlənilmədən qapımızda qol gördük. Əsasən standart vəziyyətlərdən fərqlənən Moldova klubu bu dəfə də bu üstünlükdən yararlandı. Hissənin sonuna qədər hücumlarımız davam etsə də, "Şerif" fasiləyə üstün yollandı. İkinci tayma Ağasəlim Mircavadov dəyişikliklə başladı və braziliyalı Souzanı meydançaya buraxdı. 54-cü dəqiqədə Souza Rəşad Abdullayevdən aldığı ötürməni qapıya göndərdi. Bir qədər sonra Abdullayevin daha bir ideal ötürməsini Souza qapıya doğru göndərsə də, "Şerif"in qolkiperi inamlı oynadı. 71-ci dəqiqədə müdafiəçilərin səhvindən istifadə edən Balima ikinci topu qapımızdan keçirdi. Qolu çılğınlıqla qeyd edən zaman "Şerif"in futbolçusu Kuçuk qeyri-etik hərəkətə yol verdiyi üçün qırmızı vərəqə alaraq, komandasını azlıqda buraxdı. Bütün komanda ilə hücuma atılan "Xəzər-Lənkəran" bərabərlik qolunu yalnız uzatma dəqiqələrində vurdu. Cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Souza başla topu tora göndərdi. Baş məşqçi Ağasəlim Mircavadov dərhal əvəzetməyə əl atdı və Dmitri Kramarenkonun yerinə meydançaya Kamran Ağayevi buraxdı. Əsas vaxtı bərabərliklə başa çatan oyunun qalibi penaltilər seriyasında müəyyən olundu. Rəqibin ilk zərbəsini dəf edən Kamran Ağayevin komandamızın qələbəsində müstəsna rolu oldu. Heyətimizdə isə Emin Quliyev, Dieqo, Zaur Ramazanov, Ceyhun Sultanov və Souza penalti zərbələrindən dəqiq yararlandı.

Yarımfinala adlayan komandamız bu mərhələdə Belarusun BATE klubu ilə qarşılaşacaq. /lankaranfc.com/