DataLife Engine > Futbol > 26-cı Afrika millətlər kubokunun 1-ci turunda 2 görüş keçirilib

26-cı Afrika millətlər kubokunun 1-ci turunda 2 görüş keçirilib


24 января 2008. Разместил: Ismail

Futbol üzrə 26-cı Afrika millətlər kubokunun 1-ci turunda 2 görüş keçirilib

 D qrupunda ilk görüş Tunislə Seneqal yığmaları arasında, digər görüş isə CAR və Anqola kollektivləri arasında keçirilib

Futbol üzrə 26-cı Afrika millətlər kubokunun 1-ci turu çərçivəsində “D” qrupunda 2 görüş keçirilib. Qrupun ən maraqlı matçı Tunislə Seneqal yığmaları arasında baş tutub. Bu oyunda azarkeşlər vurulmuş 4 qolun şahidi olublar. Rəqiblərin bir-birinin qapısından keçirdiyi qol sayı bərabər olub. 2-2. Görüş elə bu hesabla da başa çatıb. Tərəflər hərəyə 2 dəfə fərqlənməklə 1 xal qazanıblar. Tunis-Seneqal: 2-2 Qrupun digər oyununda CAR və Anqola kollektivləri üz-üzə gəlib. Artıq 6-cı dəqiqədə cənublular hesabı açmağa yaxın olublar. Anqolanın qapıçısı Lama qapısını toxunulmaz saxlayıb. 29-cu dəqiqədə isə Anqola CAR-ı meydanın mərkəzinə dəvət edib. Amadu Manuşo başla gözəl qola imza atıb, 1-0. Bu eyni zamanda ilk yarının hesabı olub. Amma, CAR matçın bitiminə 3 dəqiqə qalmış hesaba tarazlıq gətirib. Van Herdin təxminən 25 metrlik məsafədən topu uzaq doqquzluğa göndərməklə super qol vurub, 1-1. Oyuna əlavə olunmuş 2-ci uzatma dəqiqəsində isə hər iki tərəf tablodakı birləri dəyişməyə yaxın olsa da, onlar buna müvəffəq olmayıb və görüş 1-1 hesabı ilə başa çatıb. Car-Anqola : 1-1 /ANS PRESS/

 

Bundan öncə isə C qrupunda da iki oyun keçirilmişdi: Misir 4 - 2 Kamerun, Sudan 0 - 3 Zambiya