İspaniyanın “Valensiya” futbol klubu tərkibinə yeni oyunçu transfer edib
Klubun böhrandan çıxarlması üçün ötən baş məşqçi Kiki Sançes Flores istefaya
göndərilmiş, onun yerinə Ronald Kuman gətirilmişdi
İspaniyanın “Valensiya” futbol klubu heyətinə yeni oyunçu gətirib. Klub
Hollandiyanın “Ayaks” klubunun müdafiəçisi olmuş 22 yaşlı futbolçu Xidviqez
Maduronu transfer edib. Bu transfer “Valensiya” rəhbərliyinə 2 milyon avroya
başa gəlib. Xatırladaq ki, Valensiya rəhbərliyi klubu böhrandan çıxarmaq üçün
ötən ilin oktyabr ayında baş məşqçi Kiki Sançes Floresi istefaya göndərmiş, onun
yerinə PSV-nin çalışdırıcısı Ronald Kumanı gətirmişdi. Amma, hollandiyalı
mütəxəssisin gəlişi də hələ ki, öz bəhrəsini vermir. Belə ki, 20 oyundan sonra
aktivində 27 xalı olan Valensiya 7-ci pillədə qərarlaşıb. “Valensiya” ilə
çempionatın lideri Real Madrid arasında 23 xal var. /ANS PRESS/