DataLife Engine > Futbol > “Valensiya” yeni oyunçu transfer edib
“Valensiya” yeni oyunçu transfer edib23 ÿíâàðÿ 2008. Ðàçìåñòèë: Ismail |
![]() İspaniyanın “Valensiya” futbol klubu tərkibinə yeni oyunçu transfer edib Klubun böhrandan çıxarlması üçün ötən baş məşqçi Kiki Sançes Flores istefaya göndərilmiş, onun yerinə Ronald Kuman gətirilmişdi İspaniyanın “Valensiya” futbol klubu heyətinə yeni oyunçu gətirib. Klub Hollandiyanın “Ayaks” klubunun müdafiəçisi olmuş 22 yaşlı futbolçu Xidviqez Maduronu transfer edib. Bu transfer “Valensiya” rəhbərliyinə 2 milyon avroya başa gəlib. Xatırladaq ki, Valensiya rəhbərliyi klubu böhrandan çıxarmaq üçün ötən ilin oktyabr ayında baş məşqçi Kiki Sançes Floresi istefaya göndərmiş, onun yerinə PSV-nin çalışdırıcısı Ronald Kumanı gətirmişdi. Amma, hollandiyalı mütəxəssisin gəlişi də hələ ki, öz bəhrəsini vermir. Belə ki, 20 oyundan sonra aktivində 27 xalı olan Valensiya 7-ci pillədə qərarlaşıb. “Valensiya” ilə çempionatın lideri Real Madrid arasında 23 xal var. /ANS PRESS/ |