DataLife Engine > Muxtelif - Разное > 20 Yanvar hadisələrinin üzərindən 18 il keçir

20 Yanvar hadisələrinin üzərindən 18 il keçir


20 января 2008. Разместил: Ismail

20 Yanvar hadisələrinin üzərindən 18 il keçir

18 il bundan əvvəl yanvar ayının 19-dan 20-ə keçən gecə ermənilərdən və ruslardan ibarət sovet qoşunları Azərbaycan xalqına qarşı qətliam törətdilər.

1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingenti bir neçə istiqamətdən Bakıya daxil oldu. Fövqəladə vəziyyət elan etmədən Azərbaycan paytaxtına girən ermənilərdən və ruslardan ibarət sovet hərbiçiləri Bakıda xüsusi qəddarlıqla yerli əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətdilər. Bu hadisələr nəticəsində 150-dən çox vətəndaşımız şəhid, yüzlərlə soydaşımız isə əlil oldu.

 

Kreml əliyalın soydaşlarımıza qarşı tanklardan, zirehli texnikadan, hətta istifadəsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qadağan edilən zəhərli qazlardan istifadə etsə də, Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, xalqımızın bu formada milli iradə ortaya qoyması sovet imperiyasının çökməsini sürətləndirdi.Üzərindən 18 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı bu hadisələri unutmur. Hər gün Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərin ruhuna dualar oxuyur. Hər ilin 20 yanvarında yüzminlərlə insan Şəhidlər xiyabanına axışır.Allah Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhunu şad etsin!

/zaman.az/