20 Yanvar hadisələrinin üzərindən 18 il keçir
18 il bundan əvvəl
yanvar ayının 19-dan 20-ə keçən gecə ermənilərdən və ruslardan ibarət sovet
qoşunları Azərbaycan xalqına qarşı qətliam törətdilər.
1990-cı ilin yanvar
ayının 19-dan 20-ə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələri və
daxili qoşunların iri kontingenti bir neçə istiqamətdən Bakıya daxil oldu.
Fövqəladə vəziyyət elan etmədən Azərbaycan paytaxtına girən ermənilərdən və
ruslardan ibarət sovet hərbiçiləri Bakıda xüsusi qəddarlıqla yerli əhaliyə qarşı
misli görünməmiş vəhşiliklər törətdilər. Bu hadisələr nəticəsində 150-dən çox
vətəndaşımız şəhid, yüzlərlə soydaşımız isə əlil oldu.
Kreml əliyalın
soydaşlarımıza qarşı tanklardan, zirehli texnikadan, hətta istifadəsi beynəlxalq
ictimaiyyət tərəfindən qətiyyətlə qadağan edilən zəhərli qazlardan istifadə etsə
də, Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, xalqımızın bu formada
milli iradə ortaya qoyması sovet imperiyasının çökməsini sürətləndirdi.Üzərindən
18 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı bu hadisələri unutmur. Hər gün
Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərin ruhuna dualar oxuyur. Hər ilin 20
yanvarında yüzminlərlə insan Şəhidlər xiyabanına axışır.Allah Vətən uğrunda
canlarından keçən bütün şəhidlərimizin ruhunu şad etsin!
/zaman.az/