Məhəmməd peyğəmbərin (əs) karikaturasını dərc etdirən redaktor 3 il azadlıqdan
məhrum edilib
Jurnalist dini münaqişənin qızışdırılması maddəsi ilə təqsirli bilinib
Minsk şəhər məhkəməsi “Zqoda” qəzetinin keçmiş redaktoru
Aleksandr Sdvijkova Məhəmməd peyğəmbərin (əs) karikaturasını dərc etdiyinə görə
3 il həbs cəzası verib. Bu barədə “İnterfaks” məlumat yayıb. Jurnalist dini
münaqişənin qızışdırılması maddəsi ilə təqsirli bilinib.
Xatırladaq ki, 2006-cı ilin fevral ayında Belorus Dövlət Təhlükəsizlik Komitəsi
“Zqoda” qəzetində “Siyasi kreativ” məqaləsinə görə cinayət işi qaldırmışdı.
Hakimiyyət hesab etmişdi ki, Məhəmməd peyğəmbərin Danimarkanın “Jyllands-Posten”
qəzetində dərc olunan karikaturalarının yenidən dərc edilməsi dini münaiqşələri
qızışdırır.
Xatırladaq ki, bu qəzet 2006-cı ilin mart ayından bağlanıb.
/ANS PRESS/