"Formula-1"
yarışlarında mübarizə aparan "BMW-Sauber" dünya çempionluğuna iddialıdır
"BMW-Sauber"
komandasının builki yeni bolidi əvvəlkilərindən daha sürətli olacaq
«Formula-1»
yarışlarında mübarizə aparan "BMW-Sauber" komandası bu il dünya çempionu olmaq
iddiasını Münhen şəhərində açıqlayıb. Komandanın yeni maşınının təqdimat
mərasimində çox mətləblərə toxunulub.
Belə getsə, "Ferrari" və "Maklaren"i bu il ciddi rəqabət gözləyəcək. "BMV-Zauber"
komandasının builki yeni bolidi əvvəlkilərindən daha sürətli olacaq. "BMV-Zauber"
komandasının Münhendə təşkil etdiyi təqdimat mərasimi göz oxşayıb. Pilotlara
elektron yardımı aradan qaldırılmasından sonra yeni "F-1 08" modeli "Formula-1"-də
inqilab kimi qiymətləndirilir. Yeni bolidlərin müsbət xüsusiyyətlərindən
komandanın pilotları da ağız dolusu danışırlar. Əsas pilot Hatfeldin fikrincə, "BMW"-nin
yeni modeli bu mövsümdə heç olmasa 1 qran-pri yarışlarında uğur qazanmağa imkan
verəcək: "Bununla belə nəzərə almalıyıq ki, tərəqqi bizim əsas rəqiblərimiz, "Ferrari"
və "Maklaren"dən də yan keçməyəcək. Xatırladaq ki, ötən il casusluq qalmaqalı
ilə əlaqədar "Maklaren" komandası konstruktorların yarışından
kənarlaşdırıldıqdan sonra "BMW-Sauber" dünya çempionatını 2-ci yerdə baş
vurmuşdu. Bu il isə bavariyalılar birincilik üçün yarışacaqlar". /ANS PRESS/