DataLife Engine > Xeberler - Новости > 47-ci mərtəbədən düşdü, ölmədi

47-ci mərtəbədən düşdü, ölmədi


16 января 2008. Разместил: Ismail

47-ci mərtəbədən düşdü, ölmədi

ABŞ-ın Nyu York şəhərində qeyri-adi bir hadisə baş verib. Belə ki, işlədiyi göydələnin 47-ci mərtəbəsindən düşən fəhlə sağ qalıb. Qardaşı ilə birlikdə şüşə təmizləyən fəhlənin bədənində demək olar ki, sınmayan sümük qalmayıb. Hadisə qardaşların işlədiyi binanın qülləsinin gözlənilmədən uçması nəticəsində baş verib. Qardaşlardan biri hadisə yerində vəfat etsə də, digərinin həyatı xilas olub. 37 yaşlı ekvadorlu müalicə edildiyi xəstəxanada da həkimləri heyrətləndirib. O, qabırğalarının, qollarının, onurğasının və çənə sümüyünün sınmasına baxmayaraq, qısa müddət sonra danışmağa başlayıb. Həkimlər bu minvalla zərərçəkənin yaxın vaxtlarda gəzməyə başlayacağını düşünürlər. Fəhlənin həyat yoldaşı isə hələ də olanlara inanmır.

/zaman.az/