47-ci mərtəbədən düşdü, ölmədi
ABŞ-ın Nyu York şəhərində qeyri-adi bir hadisə baş verib. Belə ki, işlədiyi
göydələnin 47-ci mərtəbəsindən düşən fəhlə sağ qalıb. Qardaşı ilə birlikdə şüşə
təmizləyən fəhlənin bədənində demək olar ki, sınmayan sümük qalmayıb. Hadisə
qardaşların işlədiyi binanın qülləsinin gözlənilmədən uçması nəticəsində baş
verib. Qardaşlardan biri hadisə yerində vəfat etsə də, digərinin həyatı xilas
olub. 37 yaşlı ekvadorlu müalicə edildiyi xəstəxanada da həkimləri
heyrətləndirib. O, qabırğalarının, qollarının, onurğasının və çənə sümüyünün
sınmasına baxmayaraq, qısa müddət sonra danışmağa başlayıb. Həkimlər bu minvalla
zərərçəkənin yaxın vaxtlarda gəzməyə başlayacağını düşünürlər. Fəhlənin həyat
yoldaşı isə hələ də olanlara inanmır.
/zaman.az/