Tailand
attraksionunda qəza baş verib
Üçmərtəbəli bina
hündürlüyündə qurğunun uçması nəticəsində 28 nəfər xəsarət alıb.
Banqkokda şəhər
kənarındakı attraksionlar parkında baş vermiş qəza nəticəsində 28 uşaq xəsarət
alıb. Uşaqların 10-13 yaşlar arasındadır. Həkimlər onlardan 4-nün vəziyyətini
ağır kimi qiymətləndirir.
Ənənəvi uşaq bayramı münasibətilə Banqkok kənarındakı Siam parkına çoxsaylı uşaq
gəlibmiş. Akvaparkdakı üçmərtəbəli bina hündürlüyündə olan qurğu qəflətən uçub.
Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Əyləncə parklarında belə hadisələr tez-tez baş verir. 2007-ci ilin mayında
Yaponiyanın Osaka şəhərindəki attraksionlardan birində saatda 75 kilometr
sürətlə hərəkət edən vaqon relslərdən çıxaraq hasara çırpılmışdı. Hadisə
nəticəsində 1 nəfər ölmüş, 21 nəfər yaralanmışdı.
Ötən ilin mayında
Estoniyanın Rakvere şəhərindəki istirahət parkında yanğın baş vermiş, 37 nəfər
xəsarət almışdı. /ANSPRESS/