İSLAMDA SAĞLAMLIQ
340–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Allah-taala üç
şeyi xoşlayır: Az danışmaq, az yatmaq və az yemək. Və üç şeydən də acığı gəlir:
Çox danışmaq, çox yatmaq və çox yemək.
İsna əşəriyyə
/92.
***
341–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Pakizə olmaq üçün
var gücünüzlə çalışın, çünki Allah-taala islamı paklıq üzərində bina etmişdir və
behiştə də yalnız paklar daxil olar.
Kənzul-ümmal
/26002.
***
342–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Çox yemək
və həmişə tox olmaq müxtəlif xəstəliklər yaradar.
Ğürərul-hikəm
/3591.
***
343–Musa ibni Cə`fər əleyhissalam buyurur: Sünnətlərdən
beşi insanın başında və beşi isə bədənindədir. Başda olan sünnətlər bunlardır:
Dişləri yumaq, bığın qabağını vurmaq, başın tükünü ayırmaq, məzməzə (ağıza su
alıb yaxalamaq) və istinşaq (buruna su çəkib qaytarmaq). Bədəndə olan
sünnətlərsə bunlardır: Xətnə etmək (uşağı kəsdirmək), övrətin ətrafında olan
tükləri qırxmaq, qoltuq tükünü təmizləmək, dırnaqları tutmaq və istinca etmək (yə`ni
sidik və ğaitin yerini təmizləmək və pak etmək).
Xisal /125.
***
344–Əmirəl-mö`minin Əli əleyhissalam İmam Həsən
əleyhissalama buyurdu: İstəyirsənmi sənə dörd xislət öyrədim ki, təbibə
ehtiyacın olmasın?! İmam Həsən ərz etdi, bəli! Buyurdu: Acmamış yemək yemə,
yeməkdən doymamış süfrədən çəkil, yeməyi ağzında yaxşı çeynə və yatmazdan qabaq
ayaqyoluna get. Əgər bu göstərişlərə əməl etsən, təbibə ehtiyacın olmaz.
Vəsailuş-şiə
/24/245.