DataLife Engine > Futbol > "Xəzər Lənkəran" Birlik kubokunda

"Xəzər Lənkəran" Birlik kubokunda


12 ÿíâàðÿ 2008. Ðàçìåñòèë: Ismail

“Xəzər-Lənkəran” klubu Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə çıxış edəcək

Komanda yanvarın 19-da keçiriləcək turnir üçün ayın 16-da Rusiyaya yola düşəcək

Futbol üzrə sonuncu Azərbaycan çempionu “Xəzər-Lənkəran” klubunun, yanvar ayının 19-da Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək 16-cı “Birlik kuboku” uğrunda turnirdə çıxış edəcək heyəti artıq müəyyənləşib. Baş məşqçi Ağasəlim Mircavadov Rusiyaya 3 qapıçı aparacaq. Bunlar, Dmitri Kramarenko, Kamran Ağayev və Ramiz Kərimovdur.

Təcrübəli çalışdırıcı müdafiədə Rəşad Kərimov, Daryus Jitautas, Radomir Todorov, Konstantin Cambazov, Mahir Şükürov və Ruslan Poladova etimad göstərəcək. Yarımmüdafiə xəttində Füzuli Məmmədov, Juninyo, Emin Quliyev, Rəşad Abdullayev, Rahid Əmirquliyev, Alim Qurbanov, Ceyhun Sultanov və Elmir Baxşıyev ümüdləri doğrultmalıdır.

Hücumda isə “Xəzər-Lənkəran”ın heyətində 4 futbolçu yer alıb. Belə ki, Zaur Ramazanov, Nadir Nəbiyev, Marsio Souza və Dieqo Qusmaon Sankt-Peterburqda vuran ayaqlarını işə salmalıdırlar. Qeyd edək ki, cənublular Rusiyaya yanvarın 16-da yollanacaqlar. Futbolçularımızın ilk rəqibləri isə Litva çempionu Kaunas olacaq.

Bu gün isə Xəzər-Lənkəran hazırlıq çərçivəsində Sumyayıtın Gənclərbirliyi kollektivi ilə yoldaşlıq oyunu keçirəcək. Xatırladaq ki, bu komandalar bir neçə gün bundan əvvəl də qarşılaşmışdı. O görüşdə Ağasəlim Mircavadovun yetirmələri Zaur Ramazanovun vurduğu yeganə qolla 1-0 hesablı qələbə qazanmışdılar. /ANS PRESS/