DataLife Engine > Muxtelif - Ðàçíîå > İkiüzlü televizor

İkiüzlü televizor


12 ÿíâàðÿ 2008. Ðàçìåñòèë: Ismail

İkiüzlü televizor

 

ABŞ-ın Las Veqas şəhərində keçirilən İstehlakçıların Elektronika Sərgisində “Sharp” firması son məhsulu olan iki üzlü televizoru nümayiş etdirib.
 

Televizorun LCD ekranına soldan və sağdan baxıldığı zaman iki fərqli görüntü görünür. Yeni aparat imkan verir ki, eyni vaxtda iki nəfər bir ekrana baxaraq fərqli kanallar izləsin. Ancaq ekranı yaxından izləmək qeyri-mümkündür. Çünki bu vaxt görüntülər üst-üstə düşür və qarışır. “Sharp” firmasının həll edə bilmədiyi digər problem səslə bağlıdır. Belə ki, şirkətin mütəxəssisləri iki fərqli səsin bir-birindən ayrılmasının yollarını axtarsalar da, buna çarə tapa bilməyiblər. Hazırda bu televizorun səsini yalnız qulaqlıqlarla dinləmək mümkündür. Bu yeni texnologiyanın yaxın vaxtlarda evlərdə və maşınlarda istifadə edilməsi gözlənilir. Məsələn, avtomobildə sürücü yol xəritəsini izlədiyi vaxt digər sərnişin monitorda filmə baxa biləcək. 

/zaman.az/