Xərçəng xəstəliyindən necə qorunmaq olar?
Bu dəhşətli xəstəlikdən
qorunmada qidalanma və düzgünrejimli həyat tərzi əsas sayılır.
Xərçəngə qarşı necə
qidalanmalı, onun qarşısını necə almalı və müalicə müddətində nələrə diqqət
etməli? C vitamin ağız boşluğu, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu
vasitədir. Ona görə də bu vitaminlə zəngin olan meyvə-tərəvəz yemək məsləhətdir.
Təzə portağalın özü də, suyu da bu mənada dərmandır. Beta-karoten mənbəyi olan
kök, boranı, təzə kartof və ispanaq kimi məhsullar da bu xəstəliyin düşmənidir.
Lakin beta-karoteni də həddindən artıq qəbul etmək olmaz, ağciyər xərçənginə
səbəb ola bilər. Quru acı bibərin isə bəzi növləri xərçəng xəstəliyi əmələ
gətirir. Acı bibər orqanizmin immunitet sistemini gücləndirsə də, tərkibində
aflatoksin maddəsi olduğundan bu maddə qaraciyər xərçənginə səbəb olur.
Bitkilərin quruluşunda olan bəzi kimyəvi birləşmələr bitkiləri bakteriyalar,
viruslar və göbələkdən qoruyur. Yüksək fitokimyəvi maddələr olan soya qabıqları,
armud, kərəviz, zeytun, mərci, sarımsaq, yaşıl çay da xeyirlidir.
Tərkibində Omeqa-3 yağ turşuları olan qidalar, dəniz məhsulları da prostat
xərçənginin qarşısını alır. Sarımsaq özü çox faydalıdır, orqanizmi
infeksiyalardan, mədə, bağırsaq, yemək borusu və ağciyər xərçəngindən qoruyur.
Çalışın gurultulu musiqilərdən uzaq olun. Araşdırmalar belə musiqilərin də
xərçəngə yol açdığını göstərir. Klassik musiqiyə üstünlük verin.
Siqaret, qırmızı ətdən çox istifadə etmək, köklük xərçəngin meydana gəlməsi üçün
əlverişli mənbələrdir. Virus və bakteriyalar, ətrafdakı kimyəvi maddələr,
hərəkətsizlik, immun çatışmazlığı, radiasiyaya məruz qalmaq xərçəngə şərait
yaradır.
/zaman.az/