DataLife Engine > Muxtelif - Разное > Xərçəng xəstəliyindən necə qorunmaq olar?
Xərçəng xəstəliyindən necə qorunmaq olar?10 января 2008. Разместил: Ismail |
![]() Xərçəng xəstəliyindən necə qorunmaq olar?
Bu dəhşətli xəstəlikdən qorunmada qidalanma və düzgünrejimli həyat tərzi əsas sayılır.
Xərçəngə qarşı necə
qidalanmalı, onun qarşısını necə almalı və müalicə müddətində nələrə diqqət
etməli? C vitamin ağız boşluğu, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu
vasitədir. Ona görə də bu vitaminlə zəngin olan meyvə-tərəvəz yemək məsləhətdir.
Təzə portağalın özü də, suyu da bu mənada dərmandır. Beta-karoten mənbəyi olan
kök, boranı, təzə kartof və ispanaq kimi məhsullar da bu xəstəliyin düşmənidir.
Lakin beta-karoteni də həddindən artıq qəbul etmək olmaz, ağciyər xərçənginə
səbəb ola bilər. Quru acı bibərin isə bəzi növləri xərçəng xəstəliyi əmələ
gətirir. Acı bibər orqanizmin immunitet sistemini gücləndirsə də, tərkibində
aflatoksin maddəsi olduğundan bu maddə qaraciyər xərçənginə səbəb olur. /zaman.az/ |