Saçım
yenə tökülür...
Rejimsiz qidalanma saçlara da təsir edir.
Əslində bir gündə tökülən saçın miqdarı maksimum 10 ədəd olmalıdır və bu cür saç
tökülməsi saçın seyrəlməsinə səbəb olmur. Stress, əməliyyat, qızdırmalı
xəstəliklər və s. kimi hallardan sonra da saç tökülməsinə rast gəlinir. Dəmir,
sink çatışmazlığı, həddən artıq arıqlama da saç tökülməsinə səbəb olur.
Saç tökülməsindən şikayətlənənlər, ilk növbədə, dəri həkiminə müraciət
etməlidirlər.
Saç tökülməsinin qarşısını almaq üçün:
1. Saç və saç dərisinə zərər verən məhsullardan qaçmaq lazımdır.
2. Tərkibində protein olan qidalardan daha çox istifadə edilməlidir.
3. Dəmir və sink çatışmazlığı varsa, bu, əlavə vitamin qəbul etməklə aradan
qaldırılmalıdır.
4. Karbohidratlı qidalardan və stresdən uzaqlaşmalı.
5. Saçı hər gün yumaq doğru deyil. 2-3 gündən bir məsləhət görülən şampunla
yumaq kifayətdir. Saçları tez-tez yuduqda dəridəki “yağ balansı” pozulur və
saçlar həddindən artıq yağlanır.
6. Jeledən istifadə etməyin. Jele saçın nəfəs almasının qarşısını alır və
dolayısı ilə saç itkisinə səbəb olur. Əgər jeledən istifadə edirsinizsə, həmin
gün də saçınızı yuyun...
/zaman.az/