Qışda da sağlam olun!
Çəkinizi nəzarət
altında saxlamaq üçün həftədə 2 və ya 3 dəfə qaçın.
Həm sağlam olmaq, həm
də çəkinizi artırmaq istəmirsinizsə, sizə bəzi menyuları tövsiyə edirik. Əməl
etsəniz, faydasını da görərsiniz...
Tərkibində antioksidləşdirici çox olduğundan göyərtilərdən istifadə edin. Gündə
4-5 pay meyvə yeyin, mineralla zəngin olduğu üçün quru meyvələri də yaddan
çıxarmayın. İmmunitet sisteminizi gücləndirmək məqsədilə həftədə bir neçə dəfə
balıq yeyin. Badam və qoz da məsləhət görülür.
Salat hazırlayarkən zeytun yağı və limondan istifadə edin. Zeytun yağı və limon
həm E vitamini, həm “Omeqa-9” yağ turşusu, həm də C vitamini baxımından zəngin
olduğundan orqanizmin müqavimətini artırır. Çəkinizi nəzarət altında saxlamaq
üçün həftədə 2 və ya 3 dəfə qaçın. Az yağlı olan süd məhsulları çəkinizə təsir
göstərməz. Lakin təkcə süd və süd məhsullarına deyil, ət məhsullarına da
menyunuzda yer ayırın. Qızartmalar orqanizmə ziyan olduğundan belə yeməklərə çox
da üstünlük verməyin. Bol maye qəbul edin. Qəbizliyin qarşısını almaq üçün kefir
və yulaf kəpəyindən istifadə edin. Eyni zamanda məsləhətdir ki, çoxlu hərəkət
edəsiniz. Çünki hərəkətsizlik, fiziki fəallığın azalması çəkinin artmasına
səbəb olur.
/zaman.az/