DataLife Engine > Muxtelif - Разное > Saçım yenə tökülür...

Saçım yenə tökülür...
8 января 2008. Разместил:
Ismail

Saçım yenə tökülür...

Rejimsiz qidalanma saçlara da təsir edir.
 

Əslində bir gündə tökülən saçın miqdarı maksimum 10 ədəd olmalıdır və bu cür saç tökülməsi saçın seyrəlməsinə səbəb olmur. Stress, əməliyyat, qızdırmalı xəstəliklər və s. kimi hallardan sonra da saç tökülməsinə rast gəlinir. Dəmir, sink çatışmazlığı, həddən artıq arıqlama da saç tökülməsinə səbəb olur.
Saç tökülməsindən şikayətlənənlər, ilk növbədə, dəri həkiminə müraciət etməlidirlər.
Saç tökülməsinin qarşısını almaq üçün:
1. Saç və saç dərisinə zərər verən məhsullardan qaçmaq lazımdır.
2. Tərkibində protein olan qidalardan daha çox istifadə edilməlidir.
3. Dəmir və sink çatışmazlığı varsa, bu, əlavə vitamin qəbul etməklə aradan qaldırılmalıdır.
4. Karbohidratlı qidalardan və stresdən uzaqlaşmalı.
5. Saçı hər gün yumaq doğru deyil. 2-3 gündən bir məsləhət görülən şampunla yumaq kifayətdir. Saçları tez-tez yuduqda dəridəki “yağ balansı” pozulur və saçlar həddindən artıq yağlanır.
6. Jeledən istifadə etməyin. Jele saçın nəfəs almasının qarşısını alır və dolayısı ilə saç itkisinə səbəb olur. Əgər jeledən istifadə edirsinizsə, həmin gün də saçınızı yuyun...

/zaman.az/