DataLife Engine > Muxtelif - Разное > Qışda da sağlam olun!

Qışda da sağlam olun!


8 января 2008. Разместил: Ismail

Qışda da sağlam olun!

 

Çəkinizi nəzarət altında saxlamaq üçün həftədə 2 və ya 3 dəfə qaçın.
 

Həm sağlam olmaq, həm də çəkinizi artırmaq istəmirsinizsə, sizə bəzi menyuları tövsiyə edirik. Əməl etsəniz, faydasını da görərsiniz...
Tərkibində antioksidləşdirici çox olduğundan göyərtilərdən  istifadə edin. Gündə 4-5 pay meyvə yeyin, mineralla zəngin olduğu üçün quru meyvələri də yaddan çıxarmayın. İmmunitet sisteminizi gücləndirmək məqsədilə həftədə bir neçə dəfə balıq yeyin. Badam və qoz da məsləhət görülür.
Salat hazırlayarkən zeytun yağı və limondan istifadə edin. Zeytun yağı və limon həm E vitamini, həm “Omeqa-9” yağ turşusu, həm də C vitamini baxımından zəngin olduğundan orqanizmin müqavimətini artırır. Çəkinizi nəzarət altında saxlamaq üçün həftədə 2 və ya 3 dəfə qaçın. Az yağlı olan süd məhsulları çəkinizə təsir göstərməz. Lakin təkcə süd və süd məhsullarına deyil, ət məhsullarına da menyunuzda yer ayırın. Qızartmalar orqanizmə ziyan olduğundan belə yeməklərə çox da üstünlük verməyin. Bol maye qəbul edin. Qəbizliyin qarşısını almaq üçün kefir və yulaf kəpəyindən istifadə edin. Eyni zamanda məsləhətdir ki, çoxlu hərəkət edəsiniz. Çünki hərəkətsizlik, fiziki fəallığın azalması  çəkinin artmasına səbəb olur.

/zaman.az/