DataLife Engine > Muxtelif - Ðàçíîå > Müəllim, insan meymundan əmələ gəlib deyirlər, doğrudur?

Müəllim, insan meymundan əmələ gəlib deyirlər, doğrudur?


4 ÿíâàðÿ 2008. Ðàçìåñòèë: Ismail

Tələbə:
- Müəllim, insan meymundan əmələ gəlib deyirlər, doğrudur?
Müəllim:
- Elə isə, çinar ağacının da əcdadı cəfəridir...

 

Müəllim şagirdlərdən soruşur:
- Uşaqlar, niyə Allah hamımızın cənnətə girməsini istədiyi halda, bizi bu dünyaya göndərib?
Şagirdlərdən biri ayağa qalxır və cavab verir:
- Müəllim, şübhəsiz ki, siz də bizim yüksək qiymətlər alaraq, yuxarı sinfə keçməyimizi istəyirsiniz. Onda niyə hamımıza imtahan etmədən “əla” yazmırsınız?

 

Bir gün meşədə bütün heyvanlar toplaşıb, kimin daha çox balaladığını müzakirə edirlər. Mübahisə qızışır və heyvanların hər biri özünü “birinci” hesab edir. Bir qərara gələ bilməyən heyvanlar məsləhət üçün dişi aslanın yanına gedirlər. “Sən neçə bala dünyaya gətirə bilirsən?” - sualına dişi aslan: “Bir”, - cavabını verir və sözlərini belə tamamlayır: “Ancaq mən aslan dünyaya gətirirəm”./zaman.az/