Tələbə:
- Müəllim, insan meymundan əmələ gəlib deyirlər, doğrudur?
Müəllim:
- Elə isə, çinar ağacının da əcdadı cəfəridir...
Müəllim şagirdlərdən soruşur:
- Uşaqlar, niyə Allah hamımızın cənnətə girməsini istədiyi halda, bizi bu
dünyaya göndərib?
Şagirdlərdən biri ayağa qalxır və cavab verir:
- Müəllim, şübhəsiz ki, siz də bizim yüksək qiymətlər alaraq, yuxarı sinfə
keçməyimizi istəyirsiniz. Onda niyə hamımıza imtahan etmədən “əla” yazmırsınız?
Bir gün meşədə
bütün heyvanlar toplaşıb, kimin daha çox balaladığını müzakirə edirlər. Mübahisə
qızışır və heyvanların hər biri özünü “birinci” hesab edir. Bir qərara gələ
bilməyən heyvanlar məsləhət üçün dişi aslanın yanına gedirlər. “Sən neçə bala
dünyaya gətirə bilirsən?” - sualına dişi aslan: “Bir”, - cavabını verir və
sözlərini belə tamamlayır: “Ancaq mən aslan dünyaya gətirirəm”./zaman.az/