ZİNA VƏ ONUN ZİYAN
VERİCİ ƏSƏRLƏRİ
333–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Tövratda belə
yazılmışdır ki, Allah buyurur: Mən qatillərin qatili, zina edənləri fəqir
və
pərişan edən Allaham!
Kafi /5/554.
***
334–İmam Sadiq əleyhissalam buyurur: Zina edənin
altı xüsusiyyəti vardır ki, üçü dünyaya və üçü də axirətə şamil olur. Dünyaya
aid olanlar abırsızlıq, fəqirlik və ömrün qısalması, axirətə aid olanlarsa
Allahın qəzəbinə düçar olmaq, hesabın çətinliyi və əbədi olaraq cəhənnəm
əzabında qalmaqdır.
Kafi /5/541.
***
335–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ey camaat,
zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir (hər günah etsən, ona
müvafiq cəza görəcəksən).
Kafi /5/554.
***
336–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs haram
yolla qadınla qol-boyun olsa, şeytanla birlikdə atəşdən olan zəncirlə bağlanıb
cəhənnəmə atılacaqdır.
Mən layəhzuruhul-fəqih
/4/14.
***
337–Həzrəti İmam Sadiq əleyhissalam buyurur: İnsan
hər hansı bir yolla (qanunsuz yolla) inzal etsə (məni, sperma
xaric etsə) zina hökmündədir.
Kafi /5/54.
***
338–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Məl`undur,
məl`undur o kəs ki, heyvanlarla cinsi yaxınlıq edə.
Kafi /2/270.
***
339–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadınların
bir-biri ilə (cinsi ehtirasla) bir yatağa girməsi zinadır.
Kənzul-ümmal
/5/316.