Üç şəhər ölkəsi » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное

 

Menyu
Mahnılar
Samanyolu TV (birbaşa izlə)
Radio
Axtarış / Поиск:
Kalendar
Reklam

 

 

 

                       
Muxtelif - Разное / Üç şəhər ölkəsi

Üç şəhər ölkəsi


Nitsanı keçdikdən sonra Sent-Ospis yarımadasına dövrə vuran yol Oz qalasının yanından keçir.

Bu, ərəb qalasıdır. Qədim zamanlarda Cənubi Qalliyaya yürüşlər edən avropalıların təbirincə desək, sarasinlər burada gizlənirmişlər.
Bundan sonra isə Vatikandan sonra Avropanın ərazicə ən kiçik dövləti - Monako Knyazlığı başlayır.
Alp dağları başlanğıcını buradan - Aralıq dənizinin lacivərd sahilindən götürür. Monte-Karlo parklarından başlayaraq, dağlar get-gedə yüksəlir və səkkiz Avropa dövlətinin ərazisindən şimal-şərqə doğru uzanıb gedir. Alp dağları Monakonu gözəl dağ zirvələri amfiteatrı ilə əhatə edərək təkcə soyuq şimal küləklərindən deyil, həm də işğalçıların hücumlarından qoruyurdu. Bu xəlvətilik Monako hökmdarlarına cəmi 3 km uzunluğu olan ensiz sahil torpağının nisbi müstəqilliyini qorumaq imkanı vermişdi.
Knyazlığa giriş üçün ora-bura qaçmaq lazım deyil. Heç bir viza-filan tələb olunmur. Dövləti maşınla gəzməyin mənası yoxdur, iki saat ərzində piyada da keçmək olar. Alçaq daş evlərin arasındakı dar küçələrdə sərin və sakit bir atmosfer olur. Yer çatmadığından evlər pillə-pillə dağların yoxuşlarında yerləşiblər. Sahildən yaxtalar və motorlu qayıqlardan ibarət rəngarəng donanma görünür. Palmalar sahili və səkilərə çıxarılmış kafe masalarını əhatə edir. Küçələrdən biri Qrimaldi adlanır. Monakonun min ildən çox tarixi bu kübar və yırtıcı adla bağlıdır.

“Daş yuva” uğrunda mübarizə

Qrimaldi küçəsi La-Kondamində - knyazlığın qərb şəhərində yerləşir. Ölkədə cəmi üç şəhər var - La-Kondamin, Monte-Karlo və Monako. Bir-birinə bitişik bu şəhərlər vahid dövlət təşkil edirlər.
Orta əsrlərdə Monako qalasını “daş yuva” adlandırırdılar. Deyirdilər ki, qala kimin əlindədirsə, Aralıq dənizi hövzəsinin açarları da ondadır. Qədim zamanlarda Monako Genuyanın müstəmləkəsi idi. 951-ci ildə almanlar Alp dağlarında yürüş edərək, Romanı fəth etdilər və imperator I Otton İtaliya kralı oldu. Lakin genuyalılar öz ölkələrini itirmədilər. Onlar yeni kralı mədh etdilər və Sakson sülaləsi Monakonu Genuyada məşhur və qədim xanədana - Qrimaldi ailəsinə len (orta əsrlərdə feodalın oz vassalına verdiyi torpaq, mülk) torpağı kimi bəxşiş etdi. İndiyədək ölkəni idarə edən knyaz nəslinin başlanğıcı belə qoyuldu. Monakonun orta əsrlər tarixi qanlı sui-qəsdlər, dövlət çevrilişləri və hakimiyyət uğrunda amansız mübarizələrlə doludur. XVI əsrdə knyaz Jan II Qrimaldi hakimiyyətinin on ikinci ilində öz qardaşı Lüsyen tərəfindən öldürüldü. Qardaş qatili 18 il - qardaşı oğlu Bartelemeo Doria tərəfindən öldürülənədək hakimiyyətdə oldu. Onun davamçısı Herkules on beş il hökmranlıq etdi və çimdiyi zaman suya batırıldı.
İndi Monako knyazlarının yaramaz şöhrəti haqqında susmağa üstünlük verirlər. Yalnız Monakonun üzərində iki siyirmə qılınclı monax təsvir olunmuş gerbi buralı cəngavərlərin varlı Provans sakinləri üçün nə zamansa təhlükə mənbəyi olduqlarını xatırladır.

Soyğunçuluq ənənəsi

Monakonun müasir sakinləri deyirlər ki, onları coğrafiya biznesmen edib. Knyazlıq son dərəcədə əlverişli məkanda - ticarət yollarının kəsişdiyi yerdə yerləşir. Qədimlərdə bura gah ticarət mərkəzi, gah da pirat yuvası olurdu. O zamanlar qala ticarət karvanlarının keçdiyi dağ yollarına nəzarət edirdi. “Daş yuva”nın girişində isə onun sahibləri qarətlə məşğul olurdular. Fransua Qrimaldi öz torpaqlarının yanından keçən ticarət gəmilərinə hücum edir və varlı tacirləri soyurdu. Knyazın davamçıları qarəti qanuniləşdirmək qərarına gələrək, tacirlər üçün Monakonun yanından keçmək hüququ tətbiq etdilər. Hüququn “qiyməti” aparılan malın qiymətinin 2%-i miqdarında müəyyən edilmişdi. Qarət ənənəsi atadan oğula, əsrdən-əsrə keçirdi. Yalnız Böyük Fransa İnqilabı onları bir az dayandıra bildi. 1793-cü ildə Moneqaskların Milli Konventi (moneqasklar - Monako sakinləri) Monakonun Fransaya birləşdirilməsi haqda qərar qəbul etdi. Amma Napoleonun devrilməsindən sonra monarxiya bərpa edildi və qarət “hüququ” Qrimaldiyə qaytarıldı. Lakin bir gün şahzadə III Karlın yanına Fransua Blan adlı birisi gəldi və dedi:
- Sizin məşğuliyyətiniz uşaq-muşaq işidir. Ərazinizin bir hissəsini mənə verin, orada elə bir şəhər salım ki, bütün Avropa heyran olsun.
- Əla, - şahzadə deyir, - bundan mənə nə çatacaq?
- Gəlirin onda biri.
Şahzadə çənə-boğaz vurur. O, gəlirin dörddə birini istəyirdi. Amma işbaz da inadkar idi. Danışıqlar dalana dirənəndə o özünün əsas kartını açdı:
- Onda birə razı olun, - Blan dedi, - siz tarixə düşəcəksiniz. Tikilən şəhərə sizin adınızı verəcəyəm.
Sövda baş tutur. Dənizə enən çılpaq sıldırımlar üzərində gözəl Monte-Karlo salındı. işgüzar Blan isə burada kazino açdı.

Vergisiz sistem və inşaat küy-kələyi

İlk dəfə knyazlıq ciddi şəkildə maliyyə fəlakəti haqqında iyirminci illərdə düşündü. Xilas yolunu iki maddədən ibarət qanunda tapdılar. Birinci maddədə göstərilirdi ki, Fransada yaşayan moneqasklar Monakonun yox, Fransanın vergi sisteminə tabedirlər; ikinci maddədə isə Monakoda yaşayan fransalıların knyazlığın vergi qanunlarına tabe olduqları və Fransaya vergi vermədikləri bildirilirdi. İlk baxışda qanunda elə bir şey yox idi. Amma... Monakoda vergi deyilən şeyi ləğv etdilər... Gəlir vergisi olmayan ölkəyə bankirlər, maliyyəçilər, sənayeçilər tökülüşüb gəldilər. Monte-Karlo, La-Kondamin və Monakodakı evlərin fasadlarında çoxlu lövhə peyda oldu. Knyazlığa sərmayə sel kimi axdı və bu zaman təkcə xarici sahibkarların gəlirləri yox, həm də knyazlığın öz gəlirləri artdı. Bu firma və trestləri Monakonun 1,5 kvadratkilometrlik ərazisinə yerləşdirmək mümkün olmadığına görə yeni problem əmələ gəldi. Dənizin bir hissəsini tutmaq qərara alındı. Nəticədə, 40 hektar yeri torpaqla doldurdular. Lakin yeni-yeni yerlər düzəltmək bahalaşırdı və dənizə edilən “hücumdan” iyirmi il sonra sahildə dərinlik 35-40 metr idi. Vəziyyətdən çıxmaq üçün şəhərin mənzərəsinə və memarlığına əhəmiyyət vermədən yuxarıya doğru tikməyə başladılar. Körfəz sahillərində iyirmiyə yaxın şüşə-beton göydələn tikildi. Belə göydələnin tikintisi yüz faizdən çox mənfəət gətirir. Məsələn, “Günəş qülləsi” adlı göydələn 20 milyon franka başa gəlib. İkiqat qiymətə isə satılıb... Belə şey Qərb ölkələri üçün tipikdir. Mənzil çatışmayanda, tələbat böyük olanda işbazlar bundan istifadə edir, mənzillərin qiymətlərini artırırlar. Və təbii ki, tikintilərin estetikası heç kimi maraqlandırmır. Ölkə biznesmenlər üçün əlverişli bir yerə, nəhəng maliyyə mərkəzinə çevrildi. Burada yerləşmiş şirkətlərin daima artan gəlirlərindən heç bir vergi tutulmurdu. Qonşu ölkələrə, ilk növbədə, Fransaya bu, qətiyyən xoş gəlmirdi. Çünki şirkətlər knyazlığa qaçırdılar və xəzinə gəlirlərindən məhrum olurdu. Məsələ az qala müharibə həddinə çatacaqdı. 1962-ci ildə Fransa Prezidenti Şarl de Qoll knyazlığı əgər bankirləri cəlb etməyi dayandırmasa və gəlir vergisi tətbiq etməsə, elektrik və su təchizatından məhrum edəcəyi ilə hədələdi. Kral Sarayının 80 qvardiyaçısı və 207 polis əməkdaşı hazır vəziyyətə gətirildi. Xoşbəxtlikdən müharibə olmadı. Knyaz güzəştə getdi.
Cırtdan dövlət haqqında danışarkən onun statusundan bəhs etməmək mümkün deyil. Monako Knyazlığı konstitusiyalı monarxiyadır. Öz bayrağı, gerbi, təxminən iyirmi nəfərlik parlamenti var. Bununla belə, ona dövlət demək bir qədər çətindir. Fransa-Monako müqaviləsinə əsasən, Monako knyazı ölkəni Fransanın maraqlarını ciddi şəkildə nəzərə alaraq idarə etməlidir. Knyazlığın qonşusundan asılılığı hər sahədə hiss olunur. Məsələn, düz saat 12-də Kral Sarayı qarşısında qarovul dəyişir. Monako hərbi geyimində olan bu əsgərlər Fransa vətəndaşlarıdır. Monakoda hərbi mükəlləfiyyət yoxdur və şahzadə, adətən, Fransa hökumətinə müraciət edərək, dövləti qorumaq məqsədilə fransızları qulluğa götürmək üçün icazə istəyir. Şahzadənin bütün ordusu - 82 fransız xəzinədən yaxşı məvacib alaraq, Knyaz Sarayına xidmət edir. Yeri gəlmişkən, Monako dünyada yeganə ölkədir ki, hərbi orkestr heyəti silahlı qüvvələrinkindən böyükdür - 85 nəfər. Monarxiya institutunun xərclərinə gəlincə, 180 otaqlı sarayın saxlanılmasına hər il 4 milyon dollar xərclənir.

İlqar Oqtayoğlu /zaman.az/


 
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Melumat
Eсли Вы хотите оставить комментарий к данной статье, то Вам необходимо зарегистрироваться на сайте.
Futbol
Reklam
Qaynar Xəbərlər
Dost saytlar
Maraqlı Mövzular
Sayta giriş/Вход на сайт
Loqin
Parol
 
Ən çox oxunan
  • Bir dəstə gül. ...
  • Burada nece nefer var?Diqqetne ...
  • Sevgi
  • Gulmek 100% likdir :)
  • Türkiye mescidleri
  • Mezeli Smsler
  • Mirt Smsler
  • Opera
  • Sevgi
  • Vayyy BU nediya ? :( Kim qurb ...
  • Baxin Oyrenin bu yalniz Azerba ...
  • Azrailin guzelligi
  • Qemli sevgi
  • Ebedi sevgi...
  • Mezeli smsler
  • Sevgi Teklif
  • Avtosh
  • Namaz
  • Necede gozeldirler ele deyilmi ...
  • DUANIN GÜCÜ
  • Somaliden . Ureyi zeyifler bax ...
  • Karikatura
  • Avtosh xariciler
  • Metro
  • Melek
  • Sevgi nedir?
  • Sevgili Peyğəmbə ...
  • Cox maraqli bir OYUN daha
  • Meşhed
  • Diqqet ele diqqetnen bax 12 ne ...
  • Morda :))))))))))))))))
  • Kompyuter arxasinda oturanda b ...
  • Tank cooox maraqli oyundur men ...
  • Pishiye bax yamandir
  • Fazil Lənkərani a ...
  • Zengim Cell
  • Uşaqlar necede şirin ...
  • Karkikaturalar 20 edet
  • Bu kimdi?Tanimirsan tesadufen? ...
  • 40 Yashindasin.
  • Mezeli smsler :)
  • Ne gundesen ay piyan Bu piyani ...
  • Sevgi resimleri
  • Bir birinden gozel avtomobille ...
  • 5 ferqi tapin arada olan ferql ...
  • Allah
  • Mane olmada
  • Oldurucu mashin(ureyi zeyifler ...
  • Mələklərin seyr ...
  • Allahin inkarci qovumlere verd ...
  • Maraqli sumkalar
  • Ad gunu tebrikleri
  • Dostluq mesajlari
  • Ayriliq
  • MIrtilari :)))
  • Böyük tullanı&# ...
  • Wap sayt yaratmaq ucun derslik
  • Ne gundesen?
  • 116 edet Wap script
  • Adobe Photoshop CS 8.0
  • Pishikler3
  • Resimllere diqqetnen baxin
  • Pishiyi oldur :))) Qorxulu oyu ...
  • Hədislər
  • Futbolkada ne duz deyil deye b ...
  • PORTAĞAL, YOXSA MANDAR ...
  • Qizillari yig
  • Sevgi sms leri
  • Bir anlig Gulush :))
  • Iluisiya resimler bunlar sadec ...
  • Zarafatlar
  • Aşk ve Işık...
  • Artislerin ushaqliq resimler v ...
  • Tanninmish simlara tanimalz ha ...
  • Atlarin uzerine basin her bir ...
  • Namaz
  • Cox Gozel Yeni Doyush oyunu
  • Photoshopun istesali :)
  • Ade besdirde:)))
  • Sizce burda ne duz deyil?:))
  • 7 Kutsal Gercek
  • Sizinde bele maraqli informasi ...
  • Baxin Hard diskden necede saat ...
  • Merhum Ayetullah Mirza Cavad T ...
  • Gezel resimler 4
  • Xeyellarin mashini
  • MEZAR SOHBETI.
  • Bu BMW ye ne olub bele?
  • Burda 2 resim var siz 10 ferqi ...
  • FaceGen Modeller 3.1.2
  • Yağmur Yağmayın ...
  • Super Mario World
  • Maraqli resimler.
  • Avtomobil surmeyi oyren
  • Zarafatalar
  • Dostluq
  • Bayram SMS leri Bayraminiz mub ...
  • Indiana Cones Cox GOZEL bir oy ...
  • Metro kartınıza diqq ...
  • Superman
  • Sizce bunlar nece olur?
  • Maraqli bir oyun daha bu adami ...
  • Sıkı tut ruhunu
  • Avstraliya mescidleri
  • Bular bu qushu tutmaq isteyirl ...
  • Super Mario
  • Piroq arzusu
  • Sevgi smsleri
  • Resme diqqetnen baxin
  • Qush qripi :)Oyna qorun
  • Resmler...
  • Kompyuter
  • Meqsed otagdan cixmaq
  • Xeste xana
  • Bir Super oyun daha Oynamaq co ...
  • Maraqli bir oyun
  • Qapinin zengini basmagi unutma ...
  • Generator nece duzeltmek olar? ...
  • Yeqin bu resimlerden cox gormu ...
  • Bebe Niye aglayir sondurmek ol ...
  • Sevgi nədir?
  • Super Mario 2&3
  • Cəngəllik kitabı ...
  • Namazın ümumi hö ...
  • Bagishla
  • Ralli Oyunu
  • Code of the Samurai
  • Hero Machine v2.0
  • Bu shirin bala neye baxir ele? ...
  • Creativ Resimler.
  • Pishikler
  • KElle getdi
  • Gozlerini yoxla bax gor burdak ...
  • Snoubord
  • Komik heyvan şəkill& ...
  • Qurani Kerim - Fatiha suresini ...
  • Ses verin
  • Samanyolu TV - canlı olar ...
  • Escape Quickly
  • Maraqli Bir oyun daha kec goru ...
  • Tarakanları tap, öld ...
  • Dermotologiya
  • 40 h ...
  • Gezel resimler 1 ci hisse
  • Buzdan duzelmish yaradciliq is ...
  • 20 yanvar – Ümumxalq k ...
  • Bir dəstə gül
  • Убивалка времени
  • Yer fındığı ...
  • Dashinmada deysen nese sefdir.

  • Səsvermə

    wap.gilavar.org