Bakıda kapeoyera
döyüş növü üzrə Azərbaycan çempionatı keçirilir
Bu yarışın
yekunlarına görə, beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək heyət
müəyyənləşəcək
Azərbaycan
kapoeyraçıları yalnız idman kapoeyrası növündə bacarıqlarını nümayiş etdirirlər.
Yəni, hər bir idmançı 4 növdə nəyə qadir olduğunu sübut etməlidir. Musiqinin
templərinə əsasən, aşağı templi nümayiş anqola adlanır. Yüksək templə
hərəkətlərə isə regional adı verilib. Akrobatik çıxışlardan sonra isə döyüş
səhnəsi yaradılır. Döyüş səhnələri etüdlər üzərində qurulub. Məhz bu
hərəkətlərin yekununa görə, hakimlər heyəti hər bir idmançıya qiymət verir.
Qeyd edək ki, özündə kunq-fu, cui-citsu, muay-tay, akrobatika və gimnastikanın
elementlərini birləşdirən kapoeyra döyüşündə kontakt qadağan olunub. Kontakt
yalnız kombat kapeoyrada mümkündür ki, bu növdə dünyanın heç bir yerində yarış
keçirilmir. 1-ci Azərbaycan çempionatının iştirakçılara gəlincə, burada 12 şəhər
və rayonu təmsil edən 100-ə qədər Kapoeyra ustası qalib adı uğrunda yarışır.
Peşəkarlar arasında qaliblər 3, həvəskarlarda isə 4 yaş qrupu üzrə bəlli olacaq.
Yarışın yekunlarına əsasən, beynəlxalq
turnirlərdə Azərbaycanı təmsil edəcək yığma komandanın heyəti müəyyənləşəcək.
/ANS PRESS/