
Bu həftənin çərşənbə və cümə axşamı günü UEFA Kubokunda qrup
mərhələsinin son turuna yekun vuruldu. Qalatasaray öz meydançasında Austriya
komandası ilə qarşılaşıb. Oyun heç-heçə bitib. Lakin Yunanıstanın Panionis
klubunun Fransanın Bordo klubuna 2 – 3 hesabı ilə məğlub olması nəticəsində
Qalatasaray növbəti mərhələyə adlayıb.