Qurban bayramınız mübarək olsun! » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное

 

Menyu
Mahnılar
Samanyolu TV (birbaşa izlə)
Radio
Axtarış / Поиск:
Kalendar
Reklam

 

 

 

                       
Islam / Qurban bayramınız mübarək olsun!

İBRAHİM (Ə) VƏ İSMAİL (Ə)

İSMAİL

Saranın uşağı olmurdu. Ömrünün ahıl çağına qədəm qoyduğundan övladı olacağına daha ümidi qalmamışdı. O, vəfalı ərinin övlad həsrətilə qovrulduğunu görür və bərk sıxılırdı. Nəhayət, Sara İbrahimə təklif etdi ki, sevimli və vəfalı kənizi Həcərlə evlənsin. İbrahim Saranın məsləhətini eşitdi. Çox keçmədi ki, Həcərdən bir gözəl oğlu oldu. Adını İsmail qoydular. İbrahimin qəlbi şadlıq və sevinclə doldu, gözləri əziz övladının dünyaya gəlməsi ilə  işıqlandı. Saranın qəlbində isə qısqanclıq alovu şölələndi, qəm-kədər tufanı qopdu. Yuxusu, rahatlığı yoxa çıxdı. İş o yerə çatdı ki, İsmaili görən gözü olmadı. Həcərin onlarla birgə yaşamağına dözmədi.

Sara həyatını bürümüş bu ruhi tufan və daxilini sarmış sarsıntı içində yeganə çarəni bunda gördü ki, İsmaillə Həcəri özündən uzaqlaşdırsın. O, İbrahimdən xahiş etdi ki, Həcərlə oğlunu ölkənin ən ucqar yerinə aparsın. Düşündü ki, bu yolla onların səslərinin eşitməz və üzlərini görmək əzabından qurtulmuş olar.

İbrahim Allahın əmrilə onun xahişini qəbul etdi. Həcəri və İsmaili özü ilə götürdü. Onlar atlara minib şəhərdən çıxdılar və Tanrının yardımı ilə xeyli yol getdikdən sonra gəlib Kəbəyə çatdılar. İbrahim Həcərlə İsmaili o otsuz-ələfsiz torpaqda düşürdü. Ana və bala çox zəif və yazıq görkəmdə olsalar da, ürəkləri Tanrıya bəslədikləri iman və ümidlə dolu idi. İbrahim onlar üçün azacıq yemək və su qoydu. Ana-balanı çölün-düzün ortasında qoyub yola düzəlmək istədi. Bu anda Həcər onun ətəyindən asıldı, atının cilovunu tutub dedi: “Ey İbrahim, hara gedirsən? Bizi bu qorxunc düzdə kimə tapşırırsan?”

İbrahim təmkin və aydınca dedi: “Bu, Allahım əmridir!”

Həcər bu sözləri eşitcək yerinə qayıtdı və Allah hökmü qarşısında baş əydi. O, Allah rəhmi və lütfünə bel bağlayaraq dedi: “Əgər bu İlahinin əmridirsə, şəksiz, O, bizi heç vaxt ağlar qoymayacaq”.

İbrahim o təpədən endi. Bir yandan qorxu və həyəcan addımlarını yavaşıtsa da, o biri yandan Allaha inamı, etibarı onu irəli aparırdı. Sözsüz ki, İbrahim o anlarda ürəyinin bir parçası ilə - qocalıq çağlarında qəlbinin ilham mənbəyi, gözünün işığı olan yeganə övladı ilə ayrılıqdan həsrət odu ilə yanırdı. Ürəyindən yandırıcı nalələr qopur, gözləri qanlı yaşla dolurdu.

İbrahim bu acı və kədərli hisslərlə ürəyini o səhrada əziz övladının yanında qoyub getdi. Allahdan rəhm və yardım diləyərək vətənə qayıtdı.

ZƏMZƏM ÇEŞMƏSİ

Həcər İlahi yazısına tabe olub, səbri özünə peşə etdi. Çox keçmədi ki, onun özü ilə götürdüyü su qurtardı, ac-susuz qaldı. Südü qurudu. Artıq uşağı üçün nə yemək vardı, nə də ki, bir damcı su qalmışdı. Uşaq aclıq və susuzluqdan bərk ağlayıb sızıldamağa başladı. Yazıq ana bu mənzərədən oda atılmış üzərrik kimi yandı.  Pərişan halda gözlərindən yaş seli axıtdı. O arzu etdi ki, kaş canının şirəsindən, ürəyinin qanından və gözünün yaşından ciyərparası üçün su və yemək hazırlaya biləydi.

Lakin heyhat!

Həcər çox əlləşdi, vurnuxdu ki, bəlkə o bəla və pərişanlıqdan qurtuluş yolu tapa, bir yana qaça. Anaya hər şeydən çox əzab verən əziz övladının halı idi. Uşaq qıvrılıb açılır, anasının gözləri önündə az qalırdı ki, can versin.

Həcər çarəsiz qalıb uşağı orada qoydu və özü dəlicəsinə ora-bura qaçmağa başladı. Uşağın ağlar səsi, sızıltısı ananı uzaqlaşmağa qoymurdusa da, o, bir damcı su və bir tikə çörək tapmaq ümidilə o tərəf-bu tərəfə qaçırdı. O gəlib Səfa dağındakı qayaların yanına çatdı. Burada heç nə tapmayıb ağlar halda geri qayıtdı və Mərvə dağının yanında su kimi görünən ilğım mənzərəsinə tərəf qaçdı. Oradan da ümidsiz qayıdıb dəlicəsinə Səfa tərəfə üz qoydu. O, bu yolu yeddi dəfə gedib gəldi (Şəriətə görə Həcc zamanı Səfa və Mərvə dağlarına gediş-gəliş də bu müqəddəs xatirəni yada salmaq üçündür).

Bu arada uşaq da arasıkəsilməz nalə və fəryadı ilə ananın ürəyini üzür, qəlbini parçalayırdı.

İlahi, bu necə də ürək yandırıcı və üzücü mənzərə idi!

Bir yandan günahsız uşağın boğazı qurumuş, hətta ağlamağa belə heyi qalmamışdı. Aclıq və susuzluqdan nəfəsi güclə gedib-gəlirdi. Bir yandan da yazıq ana yeganə əzizinin can verməsini öz gözləri ilə görürdü. Çarə yolu da hər tərəfdən üzünə bağlanmışdı. Bir kimsə yox idi ki, bu müsibətdə ona təsəlli versin! Uşaq arxası üstə yerə uzanmışdı. Hər iki ayağını yerə bərk sürtərək sanki bu yolla daşdan-torpaqdan yardım diləyir, onun daş qəlbini yumşaltmaq istəyirdi.

Ümid qapısının hər tərəfdən qapandığı bu dəhşətli anda birdən oğlanın ayaqları altından su çeşməsi fəvvarə vurdu.

Elə ki, Həcərin gözü o suya sataşıb gördü ki, İlahi rəhmi onu bürümüş, Tanrı gözü ona qayğı ilə baxmışdır, əzgin və üzülmüş halda, alnından tər axa-axa ciyərparasının yanına gəldi. Dodaqlarını və ağzını su ilə islatdı. Ana sevincindən yerə-göyə sığmırdı, çünki görürdü ki, uşağının həyat işartısı parıldayır və bədənində, damarlarında sudan bir oyanış, sevinc duyulur.

Mehriban ana əziz oğlunu bağrına basdı. Sanki onun bədənində yeni bir varlıq yarandı. O, bir əlilə oğlunu tutmuşdu. O biri əli ilə isə gah yavaş-yavaş onun kürəyini sığallayır, gah da göz yaşlarını silirdi. Oğlan rahat nəfəs alır, daha əsla çırpınmırdı. Həcər də o bulaqdan doyunca içdi və canına bir təravət, yenilik gəldi. Onun üzərində kölgə salmış qəm-kədər buludu İlahinin mərhəmət nəsimi ilə dağılıb yox oldu.

Bu bulaq indiyədək qalan həmin o Zəmzəm çeşməsidir. Həccə gedənlər çeşmənin ətrafına yığılır və onun suyundan içmək, ya özlərilə götürmək üçün ora tələsirlər.

Zəmzəm çeşməsi yaranandan sonra quşlar yandırıcı səhradan uçub ora gəldilər. Quşlar çeşmənin ətrafında qanad çalıb uçmağa başladılar. O vaxt Cürhüm qəbiləsi həmin yerin yaxınlığında yaşayırdı. Onlar çoxlu quş görüb bildilər ki, o yaxınlıqda su çıxmışdır. Ona görə də bir neçə nəfəri ora göndərdilər. Onlar da gəlib çeşmə barədə tayfaya müjdə verdilər. Cürhüm qəbiləsi sevincək tək-tək, dəstə-dəstə çeşmənin yanına gəldi. Qəbilədən bir dəstə adam orada məskən saldı. Həcər də onlarla tanış olub, qonşuluqlarında rahatca və arxayın yaşamağa başladı. Həcər Tanrıya şükürlər edirdi, çünki o vaxt onun və nəslinin barəsində İbrahimin etdiyi bu dua qəbul olunmuşdu: “Ey Tanrı, mən öz nəslimdən birini bu susuz-otsuz ölkədə sənin mərhəmətin evində məskun edirəm. Elə et ki, camaatın ürəyi onlara tərəf meyl salsın”.

QURBANLIQ İSMAİL

İbrahim əziz övladını unutmamışdı. O, arabir oğlunu görməyə gedir, bu görüşdən rahatlıq tapırdı. Halını soruşduqca gücünün üstünə güc gəlirdi. Bir müddət belə keçdi və İsmail güclü, qoçaq bir cavan oldu. Bu zaman İbrahim yuxuda gördü ki, Tanrı ona buyurur: “Yeganə övladının başını öz əlinlə kəs”. İbrahim bilirdi ki, peyğəmbərlərin yuxusu gerçəkdir. Sınaq ardınca sınaq! Ruzigarla çarpışmış, zamanın qorxunc hadisələri ilə əlləşib-vuruşmuş, ayların, illərin gedişi ilə sərv boyu əyilmiş qoca uzun müddət övlad ümidi ilə həyat sürmüş və yalnız ömrünün qocalıq çağında Tanrı ona yeganə övlad bəxş etmişdi. O zaman əmr olmuşdu ki, anası ilə onu özündən uzaqlaşdırsın və susuz-otsuz yerdə, kimsəsiz-yardımsız yerdə məskun etsin. Bütün bu işlərdə o, Tanrının buyruğunu canla-başla yerinə yetirmişdi. Odur ki, Tanrı da bütün bu çətinliklərdən sonra onun üzünə qurtuluş və nicat qapıları açmış, güman etmədiyi yerdən istədiyini yetirmişdi. Bütün bu əzab-əziyyətlərə qatlaşdıqdan sonra isə əmr olunur ki, həmin o əziz ve yeganə oğlunu öz əlilə qurban kəssin.

İbrahim İlahi əmrinə tabe olub onu yerinə yetirməyə tələsdi. O, yola düşüb oğlunun yanına gəldi. Ona söylədi: “Əziz övladım, yuxuda görmüşəm ki, sənin başını kəsirəm. Bu barədə sənin fikrin nədir?”

İbrahim istədi ki, bu yolla oğluna İlahi əmrini bildirsin və onu zorla yox, öz xoşu ilə qanına qəltan etsin.

İsmail atasının sözünü eşitcək itaətlə irəli gəldi. İlahi əmrini qəbul etməyə hazır olduğunu bildirdi: “Ey ata, sənə tapşırılmış işi yerinə yetir. Görəcəksən ki, Tanrının istəyi ilə mən necə səbr edənlərdənəm”.

Atasının ürəyindən keçənləri bilən İsmail istədi ki, onun içindəki yanğını azaltsın. Ona tapşırılmış vəzifənin icrası üçün ən yaxın yolu göstərsin. Odur ki, dedi: “Atacan, əl-ayağımı iplə möhkəm bağla ki, Tanrı buyruğunu icra edərkən əl-ayaq atmayım. Qorxuram ki, bu mükafatımda zəiflik göstərəm. Paltarımı da əynimdən çıxart ki, qana bulaşmasın. Qorxuram anam onu görərkən qəmi-kədəri daha da artsın və səbr edə bilməsin. Atacan, bıçağın ağzını itilə və onu boğazıma tez çək ki, mənə dözmək asan olsun, çünki ölüm ağır və dərdlidir”.

İsmail daha sonra dedi: “Anama salamımı çatdır və sənə çətin olmasa, köynəyimi ona yetir. Qoy o, anama təsəlli olsun, ürəyinin dərdlərinə təskinlik versin. Oğlunun iyini o köynəkdən alsın. Mənə görə ürəyi sıxılanda köynəyi bağrına bassın və içindəki yanğını azaltsın”.

İbrahim dedi: “Ey oğul, sən Tanrı buyruğunun icrası üçün yaxşı yardımçısan”. O, sonra oğlunu bağrına basıb üz-gözündən öpdü. Beli bükülmüş qoca ilə yeniyetmə cavan ixtiyarsız qucaqlaşıb ağlamağa başladılar.

İbrahim oğlunun üzünü yerə qoydu. Bıçağı əlinə götürüb, gah onun itiliyinə, gah da oğlunun boğazının zərifliyinə nəzər saldı. Rəhm və şəfqətindən ixtiyarsız, gözləri yaşla doldu. Nəhayət, bıçağı İsmailin boğazına çəkdi. Ancaq bıçaq kəsmədi, çünki İlahi qüdrət onun itiliyini azaltmışdı. Bıçaq işdən düşmüşdü.

İsmail dedi: “Atacan, üzümü yerə tərəf çevir ki, məni görməyəsən. Çünki gözün üzümə sataşır və mənə olan mehr-məhəbbətin qoymur ki, Tanrı buyruğunu yerinə yetirəsən”.

İbrahim oğlunun üzünü torpağa tərəf çevirib bir daha bıçağı işə saldı. Ancaq yenə bıçaq kəsmədi. İbrahim heyrətə gəldi. Bu iş ona ağır gəldi. Qorxdu ki, olmaya-olmaya,  Tanrı buyruğunun icrası gecikər. Odur ki, Tanrıya müraciət etdi ki, onu sakitləşdirsin.

Tanrı səs verdi ki, ey İbrahim, o yuxuda gördüyünü sözsüz yerinə yetirib, öz sədaqət və vəfanı sübut etdin.

İbrahimin gözlərində sevinc nuru parıldadı. Ata və oğul sınaqdan üzüağ çıxmalarında İlahinin göstərdiyi lütf və mehribanlıq üçün Ona şükürlər etdilər.

Allah İsmailin əvəzinə qurban kəsilmək üçün İbrahimə böyük bir qurbanlıq göndərdi. İbrahim həmin o bıçağı qurbanlığın boğazına qoyan kimi qanı axdı.

Beləcə, Qurban Həzrət İbrahim əleyhissalamın dövründən qeyd olunur.

Material Sədrəddin Bəlağinin “Quran qissələri” kitabından ixtisarla götürülmüşdür.


 
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
#1 написал: kuzinka_555 (22 декабря 2007 18:39)

cox sag olun cox gozel yazi idi. bezileri bunu oxusunlar cunki eleleri var ki hec bunu bilmirler. yazdiginiza gore yenede sag olun wink
Melumat
Eсли Вы хотите оставить комментарий к данной статье, то Вам необходимо зарегистрироваться на сайте.
Futbol
Reklam
Qaynar Xəbərlər
Dost saytlar
Maraqlı Mövzular
Sayta giriş/Вход на сайт
Loqin
Parol
 
Ən çox oxunan
  • Bir dəstə gül. ...
  • Burada nece nefer var?Diqqetne ...
  • Sevgi
  • Gulmek 100% likdir :)
  • Türkiye mescidleri
  • Mezeli Smsler
  • Mirt Smsler
  • Sevgi
  • Opera
  • Vayyy BU nediya ? :( Kim qurb ...
  • Baxin Oyrenin bu yalniz Azerba ...
  • Qemli sevgi
  • Azrailin guzelligi
  • Namaz
  • Sevgi Teklif
  • Avtosh
  • Ebedi sevgi...
  • Karikatura
  • Necede gozeldirler ele deyilmi ...
  • DUANIN GÜCÜ
  • Sevgi nedir?
  • Avtosh xariciler
  • Metro
  • Melek
  • Sevgili Peyğəmbə ...
  • Diqqet ele diqqetnen bax 12 ne ...
  • Somaliden . Ureyi zeyifler bax ...
  • Morda :))))))))))))))))
  • Mezeli smsler
  • Pishiye bax yamandir
  • Fazil Lənkərani a ...
  • Bu kimdi?Tanimirsan tesadufen? ...
  • Kompyuter arxasinda oturanda b ...
  • Tank cooox maraqli oyundur men ...
  • Mezeli smsler :)
  • Zengim Cell
  • Uşaqlar necede şirin ...
  • Meşhed
  • Karkikaturalar 20 edet
  • 40 Yashindasin.
  • Cox maraqli bir OYUN daha
  • Sevgi resimleri
  • 5 ferqi tapin arada olan ferql ...
  • Allah
  • Allahin inkarci qovumlere verd ...
  • Bir birinden gozel avtomobille ...
  • Dostluq mesajlari
  • Mane olmada
  • Oldurucu mashin(ureyi zeyifler ...
  • Mələklərin seyr ...
  • Ne gundesen ay piyan Bu piyani ...
  • Maraqli sumkalar
  • Ad gunu tebrikleri
  • Ayriliq
  • Wap sayt yaratmaq ucun derslik
  • Adobe Photoshop CS 8.0
  • 116 edet Wap script
  • Pishikler3
  • Resimllere diqqetnen baxin
  • Pishiyi oldur :))) Qorxulu oyu ...
  • Hədislər
  • Böyük tullanı&# ...
  • Futbolkada ne duz deyil deye b ...
  • Qizillari yig
  • Sevgi sms leri
  • Iluisiya resimler bunlar sadec ...
  • Ne gundesen?
  • MIrtilari :)))
  • Aşk ve Işık...
  • Tanninmish simlara tanimalz ha ...
  • Bir anlig Gulush :))
  • Photoshopun istesali :)
  • Artislerin ushaqliq resimler v ...
  • Atlarin uzerine basin her bir ...
  • PORTAĞAL, YOXSA MANDAR ...
  • Namaz
  • Cox Gozel Yeni Doyush oyunu
  • Baxin Hard diskden necede saat ...
  • Merhum Ayetullah Mirza Cavad T ...
  • Xeyellarin mashini
  • Bu BMW ye ne olub bele?
  • FaceGen Modeller 3.1.2
  • Yağmur Yağmayın ...
  • Super Mario World
  • 7 Kutsal Gercek
  • Maraqli resimler.
  • Bayram SMS leri Bayraminiz mub ...
  • Zarafatalar
  • Zarafatlar
  • Sizinde bele maraqli informasi ...
  • Indiana Cones Cox GOZEL bir oy ...
  • Gezel resimler 4
  • Ade besdirde:)))
  • MEZAR SOHBETI.
  • Superman
  • Sizce burda ne duz deyil?:))
  • Maraqli bir oyun daha bu adami ...
  • Sıkı tut ruhunu
  • Super Mario
  • Sevgi smsleri
  • Avtomobil surmeyi oyren
  • Resmler...
  • Xeste xana
  • Bir Super oyun daha Oynamaq co ...
  • Maraqli bir oyun
  • Qapinin zengini basmagi unutma ...
  • Metro kartınıza diqq ...
  • Generator nece duzeltmek olar? ...
  • Avstraliya mescidleri
  • Yeqin bu resimlerden cox gormu ...
  • Bular bu qushu tutmaq isteyirl ...
  • Super Mario 2&3
  • Piroq arzusu
  • Dostluq
  • Resme diqqetnen baxin
  • Qush qripi :)Oyna qorun
  • Bagishla
  • Kompyuter
  • Ralli Oyunu
  • Meqsed otagdan cixmaq
  • Sizce bunlar nece olur?
  • Code of the Samurai
  • Bu shirin bala neye baxir ele? ...
  • Creativ Resimler.
  • Pishikler
  • KElle getdi
  • Snoubord
  • Burda 2 resim var siz 10 ferqi ...
  • Gozlerini yoxla bax gor burdak ...
  • Bebe Niye aglayir sondurmek ol ...
  • Komik heyvan şəkill& ...
  • Ses verin
  • Qurani Kerim - Fatiha suresini ...
  • Sevgi nədir?
  • Escape Quickly
  • Tarakanları tap, öld ...
  • 40 h ...
  • Dermotologiya
  • Gezel resimler 1 ci hisse
  • Buzdan duzelmish yaradciliq is ...
  • 20 yanvar – Ümumxalq k ...
  • Bir dəstə gül
  • Hero Machine v2.0
  • Убивалка времени
  • Yer fındığı ...
  • Salam Jhek
  • Dashinmada deysen nese sefdir.
  • 86400 Saniye...
  • Maraqli Bir oyun daha kec goru ...
  • Namaz 4. Azan

  • Səsvermə

    Futbol üzrə 2008 Avropa Çempionatının qalibi kim olacaq?

    Çexiya
    Portuqaliya
    İsveçre
    Türkiye
    Avstriya
    Xorvatiya
    Almaniya
    Polşa
    Fransa
    İtaliya
    Hollandiya
    Rumıniya
    Yunanıstan
    Rusiya
    İspaniya
    İsveç


    Резултаты

    wap.gilavar.org