DataLife Engine > Muxtelif - Разное > Şumaxerin sürücülük vəsiqəsi əlindən alınıb

Şumaxerin sürücülük vəsiqəsi əlindən alınıb


20 декабря 2007. Разместил: Ismail

Formula-1 yarışlarının çempionu Şumaxerin sürücülük vəsiqəsi əlindən alınıb

Çempion idarə etdiyi taksi ilə sürət həddini aşıb

Formula-1 üzrə 7 qat dünya çempionu Mixael Şumaxer bir müddət sükan arxasına keçə bilməyəcək. Buna səbəb isə Şumaxerin sürət həddini aşaraq cərimələnməsi olub. Ancaq çempion qaydaları öz avtomomobili ilə yox, taksi ilə pozub. Belə ki, Mixael təyyarəyə gecikdiyi üçün onu hava limanına aparan taksi sürücüsündən, sükan arxasına keçmək üçün icazə istəyib. Milliyətcə türk olan taksi sürücüsü isə 7 qat dünya çempionunun xahişini yerinə yetirib. Şumaxer taksini yüksək sürətlə idarə edərək, hava limanına vaxtında çatıb və taksi sürücüsünə 100 avro məbləğində bəxşiş verib.

Tuncər Yılmaz adlı taksi sürücüsü isə hadisədən dərhal sonra polisə gələrək, baş vermiş hadisəni danışıb. Bundan sonra Almaniya yol polisi sürücünün iddialarını araşdıraraq hadisənin baş verdiyini öyrənib. Şumaxer özü də bunu etiraf edib. Baş vermiş hadisə ilə bağlı son qərar çıxarılmasa da, Şumaxerin sürücülük vəsiqəsi müvəqqəti olaraq əlindən alınıb.

Digər tərəfdən Şumaxerin fanatları həmin taksini almaq üçün Tüncər Yılmaza müraciət ediblər. Taksi sürücüsü şəxsi avtomobilini hərrac yolu ilə satmağı düşünür.

Formula-1 üzrə dünya çempionatında ilk mövsümü olmasına baxmayaraq, dünya üzrə II olmuş Luis Hamilton da 1 ay avtomobil sürə bilməyəcək. Belə ki, Fransada idarə etdiyi şəxsi maşınında sürət həddini aşdığından polis Hamiltonu 1 ay müddətinə cəzalandırıb. Böyük britaniyalı pilot özü də sürət həddini aşdığını etiraf edib. /ANS PRESS/