FİFA
milli komandaların reytinq cədvəlini açıqlayıb
Cədvəlin birincisi
523 xalla Argentina yığmasıdır
FİFA milli
komandaların yekun reytinq siyahısını açıqlayıb. Futbol üzrə Azərbaycan millisi
ilin son cədvəlində irəliləyib. Ötən ayla müqayisədə əmsalını 1 xal artıran
millimiz 2007-ci ili 275 xalla 115-ci yerdə başa vurub. Onu da əlavə edək ki,
yığmamız 2007-ci ilə 127-ci pillədə başlamışdı. Reytinq cədvəlinə
1 523 xalla
Argentina yığması başçılıq edir. Ən güclü üçlükdə Braziliya və İtaliya yığma
komandaları da yer alıb. 5 qat dünya çempionları 1 502 xalla ikinci, sonuncu
dünya çempionu İtaliya millisi isə 1 498 xalla üçüncü yeri tutur./ANS
PRESS/
| 1 |
Argentina |
1523 |
|
| 2 |
Braziliya |
1502 |
|
| 3 |
İtaliya |
1498 |
|
| 4 |
İspaniya |
1349 |
|
| 5 |
Almaniya |
1298 |
|
| 6 |
Çexiya |
1290 |
|
| 7 |
Fransa |
1243 |
|
| 8 |
Portuqaliya |
1241 |
|
| 9 |
Hollandiya |
1170 |
|
| 10 |
Xorvatiya |
1129 |