O, arabir oğlunu görməyə gedir, bu görüşdən rahatlıq
tapırdı. Halını soruşduqca gücünün üstünə güc gəlirdi. Bir müddət belə keçdi və
İsmail güclü, qoçaq bir cavan oldu. Bu zaman İbrahim yuxuda gördü ki, Tanrı ona
buyurur: “Yeganə övladının başını öz əlinlə kəs”. İbrahim bilirdi ki,
peyğəmbərlərin yuxusu gerçəkdir. Sınaq ardınca sınaq!