DataLife Engine > Futbol > KDÇ Yaponiya 2007 - Final: Milan 4 - 2 Boka Xuniors
KDÇ Yaponiya 2007 - Final: Milan 4 - 2 Boka Xuniors17 декабря 2007. Разместил: Ismail |
|
[
Dünən Yaponiyada keçirilən klublararası dünya çempionatında Milan və Boka Xuniors arasında final görüşü keçirilib. Milan Boka Xunirosa 4 – 2 hesabı ilə qalib gələrək dünya çempionu olub. Milanın qollarınıdan ikisini Filippo İnzaghi, digər iki qolu isə Alessandro Nesta və Kaka rəqib qapısından keçirib. Milanın digər oyunçusu Massimo Abrosini topu öz qapısından keçirib. Boka Xuniorsun digər qolunu Rodrigo Palacio vurub.
Milan 4 - 2 Boka Xuniors Dünən həmçinin Etyual Sportiv dyu Sahel və Urava Red Daymonds üçüncü yer uğrunda oyunda qarşılaşıb. Oyun 2 – 2 hesabı ilə bitib. Etyual Sportiv dyu Sahelin qollarını penaltidən Frej və Chermiti qapıdan keçirib. Urava Red Daymondsun qollarının hər ikisini Washington qapıdan keçirib. Oyun bu hesabla bitdiyindən üçüncü yerin sahibi oyunsonrası penalti zərbələrindən sonra bəlli olub. 2 – 4 - Urava Red Daymonds qalib olub.
Etyual Sportiv dyu Sahel 2 - 2 Urava Red Daymonds |