2 saat buzlu
gölməçədə qalan oğlan sağ qalıb
Vəziyyəti ağır olan
gənc xəstəxanaya aparılıb
Amerikada buzlu
gölməçəyə düşmüş gənci 2 saat keçməsinə baxmayaraq xilas etmək mümkün olub.
Buzun altında qalmış oğlanı sakinlərindən biri təsadüfən görüb və dərhal
xilasediciləri çağırıb. Xilasetmə əməliyyatı saat yarım çəkib. Adı açıqlanmayan
gənc buzun altında qaldığından dalğıcların xidmətindən istifadə etmək lazım
gəlib. Hazırda gənc ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun nədən özünü
buzlu gölməçəyə atdığı məlum deyil. /ANS PRESS/