DataLife Engine > Muxtelif - Разное > Barmaq damarlarını tanıyan cihaz
Barmaq damarlarını tanıyan cihaz16 декабря 2007. Разместил: Ismail |
![]() Barmaq damarlarını tanıyan cihaz
Yaponiyanın
elektronika üzrə tanınmış şirkəti “Hitachi” barmaq damarlarını tanıyan yeni
cihaz icad edib. Avtomobillərin sükanına yerləşdirilməsi üçün nəzərdə tutulan bu aparat
sürücünün barmaq damarlarını yaddaşında saxlayır. Beləliklə, başqa şəxs sükan
arxasına keçdikdə eyni maşını işə salmaq və ya hərəkətə gətirmək mümkün
olmayacaq. Yapon alimlərinin bu yeni ixtirası biometrik texnologiyaya
əsaslanır. Bu sistemin gələcəkdə şirkət işçilərinin ofislərə rahat
giriş-çıxışını təmin etmək və bank əməliyyatlarının sürətini artırmaq üçün
istifadəsi də planlaşdırılır. Yeni icad eyni zamanda sükanın və oturacaqların
avtomatik avtomobil sahibinin istəyinə uyğun tənzimlənməsinə imkan verəcək.
Sistem vasitəsilə sürücü internetdən alış-veriş edə və yaxud xüsusi koddan
istifadə etmədən musiqi yükləyə bilər. Anar Hacı /zaman.az/ |