HARAMA BAXMAMAQ
324–Mütəal Allah buyurur: De, ey Peyğəmbər, mö`min
kişilər öz baxışlarının qarşısını alsınlar və öz övrətlərini qorusunlar, bu iş
onlar üçün daha pakdır. Həqiqətən Allah bəndələrin etdiyi bütün işlərə agahdır.
Nur surəsi /30.
***
325–İmam Sadiq əleyhissalam buyurur: Naməhrəmə baxmaq
şeytanın zəhərli oxlarındandır. Hər kəs onu ayrı məqsədlə deyil, əziz və cəlil
olan Allaha görə tərk etsə, Allah ona şirinliyini özündə hiss edə biləcəyi bir
iman verər.
Mən layəhzuruhul-fəqih
/4/18.
***
326–İmam Sadiq əleyhissalam buyurur: Gözlərin zinası
naməhrəmə baxmaq, dodaqların zinası haramı öpmək
və əllərin zinası naməhrəmə sürtünmək, ya bədənin sair yerinə toxunmaqdır. İstər
fərc
bu əməli təsdiq etsin, istərsə etməsin. (Yə`ni
baxmayaraq ki, cinsiyyət üzvüylə zina etməyib, amma gerçəkdə iffətsizlik
etmişdir və cəzaya layiq görüləcəkdir.)
Kafi /5/559.
***
327–İmam Baqir əleyhissalam buyurur: Naməhrəm qadının
övrətinə baxan, din qardaşının namusuna xəyanət edən və həmçinin (vəzifəsinə
görə) xalqın onun faydasına ehtiyaclı olduğu, amma onlardan rüşvət istəyənlərə
Allahın Peyğəmbəri lə`nət edibdir.
Kafi /5/559.
***
QADINI
ZİNƏTLƏNDİRMƏK
328–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz
xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.
Vəsailuş-şiə
/14/1.
***
329–İmam Baqir əleyhissalamdan qadınların işlətdiyi və
saçlarına vurduğu qəramil haqda soruşuldu. Həzrət buyurdu: Qadınlar öz ərləri
üçün bəzənə bilərlər.
Kafi /5/119.
***
330–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:
Allahın Rəsulu (s.ə.v.v.) qadının ərindən başqası üçün bəzənməsini qadağan edib.
Əgər belə etsə, Allahın onu cəhənnəm atəşində yandırmağa haqqı vardır.
Mən layəhzuruhul-fəqih
/4/6.
***
331–İmam Sadiq əleyhissalam buyurur: Bir kəsin bizə qarşı
məhəbbəti nə qədər artsa, öz ailəsiylə bir o qədər mehriban olar.
Vəsailuş-şiə
/14/11.
***
332–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Sizin
qadınlarınızın ən yaxşısı iffətli olub, ər-arvadlıqda ərinə itaət edən, onun
üçün bəzənənlərdir.
Vəsailuş-şiə
/20/30.