DataLife Engine > Futbol > Mübahisələrdə son sözü top özü deyəcək
Mübahisələrdə son sözü top özü deyəcək15 äåêàáðÿ 2007. Ðàçìåñòèë: Ismail |
![]() Futbolda meydana gələn mübahisələrdə son sözü top özü deyəcək Yeni icad edilən cihaz sayəsində, top qapı xəttini keçdikdən sonra hakimin qolundakı saatda “qol” yazılacaq Artıq futbol oynayarkən topun qapı xəttindən keçib-keçmədiyini top özü xəbər verəcək. Belə ki, top qapı xəttinə yaxınlaşarkən quraşdırılmış sistem onu nəzarətə götürür. Bundan sonra ötürücü işarə kompüterin monitorunda peyda olur. Oradan isə məlumat hakimin qolundakı saata ötürüləcək. Qol vurulduqda xüsusi işarənin təsdiqindən sonra saatda “Qol” sözü yazılacaq. Bu da hakimlərin işini xeyli asanlaşdırmış olacaq. Artıq FİFA rəhbərliyi belə topların tezliklə istifadəyə verilməsi üzərində işləyir. Qeyd edək ki, xüsusi toplar üzərində işlərə 2003-cü ildən başlanıb. Bu ixtira isə ilk dəfə rəsmi olaraq 2005-ci ildə yeniyetmələrin Peruda təşkil olunmuş dünya birinciliyində sınaqdan keçirilib və aşkar olunmuş çatışmazlıqlar tez bir vaxtda aradan qaldırılıb. Bundan əlavə, bu üsuldan hal-hazırda klub komandaları arasında gedən dünya çempionatında da istifadə olunur. /ANS-PRESS/ |