DataLife Engine > Xeberler - Новости > Atletin medalları əlindən alınıb

Atletin medalları əlindən alınıb


15 декабря 2007. Разместил: Ismail

Sidney olimpiadasında çempion olmuş atletin medalları əlindən alınıb


Qəbulu qadağan olunmuş pereparatlardan istifadədə günahlandırılan atlet təqsirin etiraf edib

Beynəlxalq Olimpiya Komitəsi qəbulu qadağan olunmuş pereparatlardan istifadədə günahlandırılan yüngül atlet Meryan Consun medallarını əlindən alıb. Söhbət dünya şöhrətli amerikalı atletin 2000-ci il Sidney Olimpiyadasında qazandığı 5 medaldan gedir.

Xatırladaq ki, Meryan Cons 27-ci yay olimpiya oyunlarında 3 qızıl v 2 bürünc medal qazanmışdı. Qeyd edək ki, atletin dopinq qəbul etdiyi cari ilin oktyabrında məlum olub. Cons özü günahını etiraf edib. Beynəlxalq Atletika Federasiyası Meryanın 2000-ci ilin sentyabrında qeydə alınmış bütün nəticələrini ləğv edib. Bu azmış kimi atletdən qazandığı uğurları müqabilində ona verilmiş pul mükafatlarının da geri qaytarılması tələb edilir. /ANS PRESS/