
Futbolda meydana
gələn mübahisələrdə son sözü top özü deyəcək
Yeni icad edilən cihaz
sayəsində, top qapı xəttini keçdikdən sonra hakimin qolundakı saatda “qol”
yazılacaq
Artıq futbol
oynayarkən topun qapı xəttindən keçib-keçmədiyini top özü xəbər verəcək. Belə ki,
top qapı xəttinə yaxınlaşarkən quraşdırılmış sistem onu nəzarətə götürür. Bundan
sonra ötürücü işarə kompüterin monitorunda peyda olur.
Oradan isə məlumat
hakimin qolundakı saata ötürüləcək. Qol vurulduqda xüsusi işarənin təsdiqindən
sonra saatda “Qol” sözü yazılacaq. Bu da hakimlərin işini xeyli asanlaşdırmış
olacaq. Artıq FİFA rəhbərliyi belə topların tezliklə istifadəyə verilməsi
üzərində işləyir.
Qeyd edək ki, xüsusi
toplar üzərində işlərə 2003-cü ildən başlanıb. Bu ixtira isə ilk dəfə rəsmi
olaraq 2005-ci ildə yeniyetmələrin Peruda təşkil olunmuş dünya birinciliyində
sınaqdan keçirilib və aşkar olunmuş çatışmazlıqlar tez bir vaxtda aradan
qaldırılıb. Bundan əlavə, bu üsuldan hal-hazırda klub komandaları arasında gedən
dünya çempionatında da istifadə olunur. /ANS-PRESS/