Azərbaycan kino ensiklopediyası » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное
«Azərbaycan kino
ensiklopediyası» üzərində iş tamamlanmaq üzrədir
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək ensiklopediya Dövlət Film Fondunun
nəzdində hazırlanır
Səhifələrində kino
tariximizin çoxşaxəli dövrlərini əhatə edəcək yeni «Azərbaycan kino
ensiklopediyası» üzərində iş artıq tamamlanmaq üzrədir.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək ensiklopediya Dövlət
Film Fondunun nəzdində hazırlanır. «Azərbaycan kino ensiklopediyası»nın
yaradılmasına hələ on il bundan əvvəl başlanılıb. Bunun üçün kinoşünaslar Rəhman
Bədəlov, İmran Xəlilov və Aydın Kazımzadə tərəfindən «Azərbaycan kino
ensiklopediyası» adlı redaksiya da təsis edilib. Burada həm dünya, həm də
Azərbaycan kino xadimləri haqqında materiallar toplanıb. Amma milli kinomuza
xidmət göstərən şəxsiyyətlər haqqında məlumatları axtarıb tapmaq kino
mütəxəssislərimizin işini illərlə ləngidib. Yeni ensiklopediyanın bütün ağırlığı
isə kinoşünas Aydın Kazımzadənin üzərinə düşüb.
Aydın Kazımzadə ensiklopediyanı 2008-ci ildə tam hazır vəziyyətdə çap etdirməyi
qarşısına məqsəd qoyub. Artıq Azərbaycan əlifbasının hərfləri üzrə sıralanan
ensiklopediyada cəmi 5-6 hərfi əhatə edən məlumatların yerləşdirilməsi qalıb:
Qeyd edək ki, yeni kinoensiklopediyada dünya kinematoqrafiyası ilə bağlı yalnız
kino xadimləri, Azərbaycan kinosundan isə həm şəxsiyyətlər, həm də ölkədə mövcud
olan kino təşkilatları haqqında məlumatlar tarixi ardıcılllıqla yer alacaq.
Sovet illəri dövründə ümumittifaq miqyasında Azərbaycan kinosunun tarixi barədə
lüğətlər nəşr edilib. Ancaq uzun illərdən sonra Azərbaycan dilində kino
ensiklopediyasının ərsəyə gəlməsini böyük hadisə kimi qiymətləndirmək lazımdır.
/ANS PRESS/
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.