İki dost küsdü, bir dil yox oldu
İki yaşlı meksikalı dostun mübahisəsi yalnız ikisinin danışdığı bir dilin
məhvinə səbəb olub.
Belə ki, Meksikanın cənub-şərqində yerləşən Tabasko əyalətində yaşayan iki ahıl
Zoku xalqının dilini bilən son iki nəfər idi. Zokular Meksikanın Çiapas, Oaksaka
və Tabasko əyalətlərinə səpələnmiş və sayı xeyli azalmış yerli etnik qrupdur.
Meksika Yerli Dillər İnstitutunun rəhbəri Fernando Navanın fikrincə, bu,
Meksikada istifadə olunan 364 yerli dilin üz-üzə gəldiyi təhlükəyə faciəvi bir
nümunədir. Dünyada indo-amerikan qrupuna məxsus 11 dil ailəsi olduğunu söyləyən
Nava bunların hər birinin Meksikada ən azı bir dillə təmsil olunduğunu qeyd edib.
Alim hazırda 20-dən artıq dilin tamamilə məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya
olduğunu vurğulayıb.
Navanın araşdırmalarına əsasən, belə dillər arasında Aşağı Kaliforniya
bölgəsində yayılan Kukapa dili, Sonora bölgəsində yayılan Seri dili, Koahuila
əyalətində yayılan Kikapu və Kiapasda istifadə olunan Aquakateko dilləri var.
Xatırladaq ki, dünyada danışılan dillərin yarısı Meksika da daxil olmaqla 8
ölkədə cəmləşib. Çoxmillətliliyin müşahidə olunduğu digər 7 ölkənin arasında
Braziliya, Hindistan, Papua Yeni Qvineya və Kamerun da yer alır.
Anar Hacı /zaman.az/