TƏLAQ (BOŞANMA) VƏ
ONA AİD İŞLƏR
319–Mütəal Allah buyurur: Qadınlara təlaq versəniz,
iddələri axıra çatan zaman, ya onları yaxşı saxlayın, ya da yaxşılıqla boşayın
və ziyan vermək üçün onları saxlamayın ki, zülm etmiş olasınız. Hər kəs belə
etsə, doğrudan da özünə zülm etmişdir. Allahın ayələrini zarafat sayıb rişxənd
etməyin və Allahın sizə göndərdiyi ne`məti, nəsihət üçün kitab və hikmətdən
sizin üçün göndərdiklərini yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah
hər şeyə alimdir.
Bəqərə surəsi
/231.
***
320–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ailə qurun və
təlaq verməyin ki, həqiqətdə Allahın ərşi təlaq verməklə titrəyir.
Vəsailuş-şiə
/9/22.
***
321–İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən Allah ailə
qurmaq üçün toy edilən evi xoşlayır, təlaq və ayrılıq baş verən evdənsə acığı
gəlir. Təlaq qədər Allahın qəzəbinə səbəb olacaq bir şey yoxdur.
Kafi /6/54.
***
322–Allahın Rəsulu (s.ə.v.v.) buyurur…Şübhəsiz,
həvəsbazlıq və ya evlənməyin ləzzətini dadmaq üçün (tez-tez) ailə qurub boşanan
şəxslər Allahın qəzəbinə, ya lə`nətinə düçar olmuş şəxslərdir.
Kafi /6/154.
***
323–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Mənim ümmətimdən
olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa behişt onundur: Namusunu
qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta.
Biharul-ənvar
/104/107.