Əli İsmayılov argentinalı Alexandro
Alvaresi nokauta salıb
Kikboksinq üzrə döyüşdə isə Eduard Məmmədov türkiyəli Şakir Kaymazı nokauta
salıb
Peşəkar boksçumuz Əli İsmayılov Bakıda keçirilən turnirdə argentinalı Alexandro
Alvaresi nokauta salaraq «wbo latino» kəmərini qoruyub.
Döyüşdən əvvəl İsmayılov Bakı publikası önündə qələbəsini nokautla qazanmaq
arzusunu gizlətmirdi və arzusunu 9-cu raunda gerçəkləşdirib.
Kikboksinq üzrə «İnterkontinental» kəmər uğrunda döyüşdə də, nokaut qeydə alınıb
və bunun müəllifi Eduard Məmmədov olub. O, türkiyəli Şakir Kaymazı nokauta
salıb.
Avrotay kəməri uğrunda döyüşdə isə Nahid Əsədov qələbə əldə edib, xal hesabı ilə
qırğız rəqibini üstələyib. Digər 3 döyüş isə reytinq xarakteri daşıyıb. Rail
Rəcəbov rusiyalı Aleksandr Ramaşkonu, Araz İsmayılov Həsən Bəşirovu, Əli
Məmmədov isə Bəhruz Babayevi məğlub edib. /ANS TV/