Sükan arxasında fleyta
Brüssel polisi sükan arxasında fleyta
çalan bir sürücünü yaxalayıb.
Brüssel polisindən verilən məlumata görə, sürücü sükan arxasında iki əli ilə
fleyta çalarkən yaxalanıb. Üstəlik, onun “idarə etdiyi” yük maşını böyük sürətlə
hərəkət edirmiş. Belçikalı sürücü polislərə verdiyi ilk ifadədə bunun ilk hadisə
olmadığını, necə deyərlər, artıq sükan arxasında fleyta çalmağa adət etdiyini
bildirib. Çox güman ki, sürücü bu hərəkətinə görə böyük cərimə ödəməli olacaq.
/zaman.az/