Edisonun lampası
2010-cu ildə qadağan ediləcək
Avstraliyanın ekologiya naziri qlobal
istiləşmə ilə mübarizə apamaq üçün luminiset lampalarından istifadə edəcəklərini
bildirib
Avstraliya Tomas Edisonun icad etdiyi klassik elektrik lampalarını 2010-cu ildən
qadağan edəcəyini bildirib. Avstraliyanın ekologiya naziri Malkom Trumbal qlobal
istiləşmə ilə mübarizə apamaq üçün ancaq luminiset lampalarından istifadə
edəcəklərini bildirib və bütün dünyanı da bu addımı atmağa çağırıb. Trumbal,
“əgər bütün dünyada klassik lampadan istifadə etmək qadağan edilsə çox böyük
ölçüdə elektrik enerjisinə qənaət edilmiş olar” – deyib.
Qeyd edək ki, klassik lampalar elektrik enerjisinin 10 faizini işıq, 90 faizini
isə istilik enerjisinə çevirir. Bütün dünyada klassik lampaların istifadəsi
dayandırılsa ildə 320 milyon kilovat saat elektrik enerjisinə qənaət edilər, 160
milyon ton karbondioksid qazının yayılmasının qarşısı alınar.
Avropa birliyi bu mövzuda Avstraliyaya dəstək verir. /ANS PRESS/