Dünyanı ən çox kimlər
kirləndirir?
Qlobal İnkişaf Mərkəzi təşkilatının apardığı araşdırmalar nəticəsində dünyanı ən
çox kirləndirən ölkələrin siyahısı müəyyənləşib.
“Center for Global Development” (Qlobal İnkişaf Mərkəzi) təşkilatının apardığı
araşdırmalar nəticəsində dünyanı ən çox kirləndirən ölkələrin siyahısı
müəyyənləşib. Araşdırmalara görə, dünya ekologiyasına ən çox ziyan vuran ölkə
ABŞ, dünyanı ən çox kirləndirən xalq isə avstraliyalılardır. Atmosferə buraxılan
karbon qazının adambaşına düşən həcminə görə, Avstraliya siyahıda ikinci yeri
tutan Çini xeyli qabaqlayıb. İldə atmosferə adambaşına 10 ton karbon buraxan
Avstraliyanı 8 tonla Amerika izləyir. Qeyd edək ki, araşdırmalara 50 minə yaxın
elektrik stansiyası və 4 min firma cəlb olunub.
Dünyanı ən çox kirləndirən ilk 10 ölkə aşağıdakılardır:
1. ABŞ - 2 milyard 530 milyon ton.
2. Çin - 2 milyard 430 milyon ton.
3. Rusiya - 600 milyon ton
4. Hindistan - 529 milyon ton.
5. Yaponiya - 363 milyon ton.
6. Almaniya - 323 milyon ton.
7. Avstraliya - 205 milyon ton.
8. Cənubi Afrika Respublikası - 201 milyon ton
9. İngiltərə - 192 milyon ton
10. Cənubi Koreya - 168 milyon ton.
Atmosferə buraxılan karbonun adambaşına düşən həcmi:
1. Avstraliya - 10 ton.
2. ABŞ - 8,2 ton.
3. İngiltərə - 3,2 ton.
4. Çin - 1,8 ton.
5. Hindistan - 0,5 ton.
Anar Hacı /zaman.az/