İspanyada ana
bətnindəki körpələrə işgəncə verilir
Döl xüsusi qurğu ilə sıxılaraq suyu çıxarılır və bundan sonra kanalizasiyaya
atılır
İspanyanın Barselona şəhərində qeyri-qanuni faliyyət göstərən abort klinikasında
reyd keçirən polis gördüyü mənzərə qarşısında dəhşətə gəlib.
Belə ki, həmin klinikada ana bətnindən xaric edilən döl xüsusi qurğu ilə
sıxılaraq suyu çıxarılır və bundan sonra kanalizasiyaya atılırmış.
Hadisə barədə açıqlama verən polis bildirib ki, bu klinikada hətta 8 aylıq
hamilələr də abort edilirmiş. Qeyiri-qanuni klinika möhürlənib və sahibi Karlos
Morin həbs olunub.
Xatırladaq ki, İspaniyada təcavüz nəticəsində hamilə qalanlar istisna olunmaqla
qadınların abort etdirməsi qadağandır. Bu ölkədə qadınlar ancaq qeyri-qanuni
faliyyət göstərən klinikalarda abort olunurlar. /ANS PRESS/